«Xəzər» "Simurq"un müqavmətini qırdı, "Neftçi" yenidən zirvədə!

img

20-10-2013 [15:36]



 Dünən Topaz Premyer Liqada ikinci dövrəyə start verilib.

 Mia.az xəbər verir ki, ilk olaraq meydana "Neftçi" və "Rəvan" klubları çıxıb. Şahin Diniyevin "Rəvan"dakı debütü uğursuz olub. Baxmayaraq ki, «Neftçinin qonağı olan Diniyevin komandası oyunda hesabı ilk açan tərəf olub. 8-ci dəqiqədə  Xuan Manuel Varea «Rəvan»ı önə keçirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə isə paytaxt klubunun ard-arda hücumları öz bəhrəsini verib. 65-ci dəqiqədə Denis Silva hesabda tarazlığı bərpa edib. 79-da isə Bahadır Nəsimov qələbə topunu vurub – 2:1.

 Günün digər oyununda isə "Simurq" "Xəzər Lənkəranqəbul edib. Bu oyunda hesab 6- dəqiqədə açılıb. Nicat Qurbanov "Simurqun qoluna imza atıb. Toşakın yetirmələri bu qolun əvəzini ikinci hissədə artıqlaması ilə çıxa biliblər. 53-ci dəqiqədə Ağabala Ramazanov bərabərlik topunu vurub. 64-cu dəqiqədə isə Manuel Skarlatake cənub klubunun qələbə qoluna imza atıb – 1:2.

 Günün son oyunu "Qəbələ" ilə nter" arasında baş tutub. Oyun «Qəbələ»nin qalibiyyəti ilə başa çatıb - 1:0 

 Bu gün isə aşağıdakı komandalar qarşılaşacaqlar:

 16:00. SumqayıtQarabağ

 16:00. Bakı – AZAL


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA