XİN: "Prezidentin təşəbbüsü beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur"
SİYASƏT
29.06.2020, 18:09
Mia.az Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın müsahibəsini təqdim edir:
- Ölkəmizin dövlət başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəkləndi. Yaxın zamanda dünyada sülh və təhlükəsizliyin qorunmasına məsul olan beynəlxalq platformanın qlobal pandemiya ilə mübarizə mövzusunda iclasının keçirilməsi gözlənilir. Bu təşəbbüsün əhəmiyyəti, onun ümumdünya sağlamlıq böhranı ilə mübarizəyə verə biləcəyi töhfə barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünya dövlətləri tərəfindən dəstəklənməsi ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən açıqlama verildi.
Məlum olduğu kimi, BMT Baş Assambleyasının Covid-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü dövlət başçımız tərəfindən 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı irəli sürülmüşdü. Təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu daxilində müzakirə edilmiş və Hərəkata üzv olan 120 ölkə yekdilliklə Azərbaycan Respublikası Prezidentinin təklifini dəstəkləyərək təklifin BMT Baş Katibinə Hərəkat adından təqdim edilməsinə razılıq bildirmişlər. Beləliklə də, cari ilin 13 may tarixində Azərbaycan Prezidenti QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktubla müraciət edərək Baş Assambleyanın xüsusi sessiyasının çağırılması müraciətini etdi.
BMT Baş Katibi, öz növbəsində BMT üzv dövlətləri arasında təmimi nota yayaraq prosedur qaydalarına uyğun olaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünə 30 gün ərzində hər bir dövlət tərəfindən milli qisimdə dəstək bildirilməsini xahiş etdi.
Qeyd olunan vaxt çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Nyu-Yorkda BMT yanındakı nümayəndəliyimiz, eləcə də xaricdəki digər diplomatik nümayəndəliklərimiz akkreditə olunduqları dövlətlərdə Azərbaycan Prezidentinin təşəbbüsü barədə məlumatlandırma üzrə fəal iş aparmış və nəticədə BMT üzv dövlətlərinin 2/3-dən çoxunun təşəbbüsə dəstəyi təmin edilmişdir.
Təşəbbüsün əhəmiyyəti ilə bağlı konkret sualınıza gəldikdə, hazırda bütün dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir vaxtda bu qlobal bəla ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi yüksək əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə sədrlik etdiyimiz iki beynəlxalq təşkilat çərçivəsində (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı) yeni koronovirusla mübarizə mövzusunda yüksək səviyyəli toplantıların keçirilmiş və qlobal pandemiya ilə mübarizə və təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlıq, əlaqələndirmə və həmrəylik məsələləri müzakirə edilmişdir. Bu mövzunun BMT Baş Assambleyası çərçivəsində yüksək səviyyədə müzakirəsi, əlbəttə dünyanın üzləşdiyi sağlamlıq böhranının nəticələrinin yumşaldılması və aradan qaldırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi və nəticədə dünyada sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinə ciddi töhfə verəcək.
- Azərbaycan Prezidentinin təşəbbüsünün BMT-nin üzv dövlətlərinin 2/3-i tərəfindən dəstəkləndiyini qeyd etdiniz. Bu əlbəttə ki, yüksək göstəricidir. Maraqlıdır, təşəbbüsün əleyhinə çıxan və ya dəstəkləməyən ölkələr oldumu? Bu elə bir mövzudur ki, burada yekdilliklə dəstək gözlənilməliydi, elə deyilmi?
- Qeyd etdiyimiz kimi, BMT Baş Assambleyasının Prosedur Qaydalarının 9(a) bəndinə uyğun olaraq Assambleyanın xüsusi sessiyası çağırıla bilər və Azərbaycan Prezidentinin QH-nin sədri qismində Hərəkata üzv ölkələr adından BMT Baş Katibinə məktub ünvanlaması, eləcə də Baş Katibin üzv ölkələrə milli qisimdə dəstək bildirilməsi ilə bağlı müraciəti də məhz bu proseduraya uyğun olaraq həyata keçirildi. Qaydalara əsasən, Baş Assambleyanın üzvlərinin sadə çoxluğunun dəstəyi sessiyanın çağırılması üçün kifayət idi. Azərbaycan Prezidentinin təşəbbüsünə isə BMT-nin 130 ölkəsi, yəni üzvlərin 2/3-i tərəfindən milli qisimdə dəstək ifadə olundu. Onu da bildirmək istərdim ki, Azərbaycan Prezidentinin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər, eləcə də Avropanın əksər dövlətləri, o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildirmişlər.
Təşəbbüsün əleyhinə çıxan ölkənin olub olmadığı ilə maraqlandınız. Belə ölkə olub, adını isə yəqin ki, təxmin edirsiniz – Ermənistan. Bu ölkənin BMT yanındakı nümayəndəliyi Baş Katibə məktubla müraciət edərək bu təşəbbüsün həyata keçirilməsinə lüzum görmədiyini bildirib. Dünyanın qlobal pandemiya ilə üz-üzə olduğu, bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə çıxış etməsinin əsas səbəbi, əlbəttə, bu təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqədardır. Fikir verin, bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermir. Beləliklə də, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi.
Məlum məsələdir ki, Azərbaycan Prezidentinin bu təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisidir. Fürsətdə istifadə edərək, bu təşəbbüsü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkür edirik.
- Növbəti addımlar nədən ibarət olacaq və sessiya nə zaman çağırılacaq?
- Növbəti mərhələdə atılacaq addımlara gəldikdə, yaxın günlərdə BMT Baş Katibi Antonio Quterreş üzv dövlətlər arasında məlumat yayaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə verilən dəstək və prosedur baxımdan növbəti addımların nədən ibarət olacağını açıqlamalıdır. Prosedura qaydalarına əsasən, növbəti tədbir BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsidir. Qətnamə qəbul edildikdən sonra ən qısa müddətdə xüsusi sessiya çağırılmalıdır.
Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin təklifinə əsasən xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.
Ümid edirik ki, müvafiq addımlar atıldıqdan sonra mümkün qədər tez bir zamanda xüsusi sessiya təşkil olunacaqdır. İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycan dövlət başçısının irəli sürdüyü bu təşəbbüs beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur və bu təşəbbüsü dəstəkləyən hər bir ölkə Covid-19 ilə mübarizədə maraqlı olan ölkədir. Ölkəmiz bu təşəbbüsü dəstəkləyən bütün dövlətlərlə birlikdə onun reallaşdırılması istiqamətində işləyəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp: "Eşitdiyim hekayə budur, doğru olub-olmadığını bilmirəm"
Bugün, 18:41 DÜNYA
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 18:08 GÜNDƏM
-
NAXÇIVANDA DEPUTAT MANDATDAN MƏHRUM EDİLDİ - Nə baş verir?
Bugün, 17:45 GÜNDƏM
-
Hikmət Hacıyev: "Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və..."
Bugün, 17:34 SİYASƏT
-
Rusiya ilə Macarıstandan arasında böhran - Moskva diplomatlara iki həftə vaxt verdi
Bugün, 17:15 DÜNYA
-
Gəncədə 5 şagird zəhərlənib (Açıqlama)
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Media və Yayım Şurasının rəhbəri sədri RTÜK sədri ilə müzakirə aparıb - Açıqlama
Bugün, 16:56 PRESS
-
"Bank of Baku"nun vaxtı keçmiş kreditləri 30%-ə yaxın artıb - HESABAT
Bugün, 16:56 İQTİSADİYYAT
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər açılacaq - Tarix və qiymətlər açıqlandı
Bugün, 16:28 GÜNDƏM
-
Bakıda sabahdan güclü yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:12 GÜNDƏM
-
Türkiyə parlamentində gərginlik - Ərdoğan gəldi, Kılıçdaroğlu ayağa qalxmadı, 91 deputat isə zalı tərk elədi (FOTO)
Bugün, 16:04 GÜNDƏM
-
TFF Montellanı niyə qova bilmir? - Müqavilədəki 5 milyon avro bəndi...
Bugün, 15:49 İDMAN
-
SABİQ NAZİR MÜAVİNİ DİREKTORU MƏHKƏMƏYƏ VERDİ - Həbsini tələb edir
Bugün, 15:46 GÜNDƏM
-
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bugün, 15:18 KRİMİNAL
-
Zakir Həsənov: "Burada əsas məqsəd dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir"
Bugün, 15:18 SİYASƏT
-
Zaqatalada zəlzələ olub
Bugün, 15:01 GÜNDƏM
-
Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub
Bugün, 15:00 CƏMİYYƏT
-
Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli.. - Polisdən onlayn qumar oynayanlara qarşı əməliyyat
Bugün, 14:54 KRİMİNAL
-
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Bugün, 14:33 CƏMİYYƏT
-
Ramiz Mehdiyev növbəti məhkəmə iclasına gələcək? - Hüquqşünasdan açıqlamlar
Bugün, 14:20 SİYASƏT
-
Mərkəzi Bank daha iki BOKT-un lisenziyasını ləğv edib
Bugün, 13:57 İQTİSADİYYAT
-
Vətən sevgisini ömrünün amalına çevirən insan – Hüseynağa Osmanov
Bugün, 13:53 CƏMİYYƏT
-
Adriana Lima tanınmaz halda - FOTO
Bugün, 13:41 ŞOU-BİZNES
-
Sabah yağış yağacaq
Bugün, 13:11 CƏMİYYƏT
-
Yeni Azərbaycan Partiyası qurultaya gedir
Bugün, 13:05 GÜNDƏM
-
Vəkilliyə namizədlər icbari təlimə buraxılıb
Bugün, 12:51 CƏMİYYƏT
-
Türkiyə Britaniya ilə sövdələşdi: 12 hərbi yük təyyarəsi alır
Bugün, 12:35 GÜNDƏM
-
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı qaçılmaz məsələdir ”
Bugün, 12:32 PRESS
-
Ağstafada müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü (Yenilənib)
Bugün, 12:17 CƏMİYYƏT
-
Bakı sakini 36 kq narkotik vasitə ilə tutulub
Bugün, 12:09 KRİMİNAL
-
Xələf Xələfov: "Geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə..."
Bugün, 11:59 SİYASƏT
-
Fərid Şəfiyev Regional Forumda: "Birincisi, sülh sazişidir, ikincisi, sərhədin delimitasiyası, üçüncüsü..."
Bugün, 11:46 SİYASƏT
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 11:20 CƏMİYYƏT