İcra başçısının sahibkara qarşı iddiası rədd olundu - Məhkəmə prosesi

img

23-06-2020 [20:23]


Məhkəmə Şəmkir Rayon  icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun "Şəmkir Şampan Şərabları" ASC-nin direktoru Hafiz İbrahimova qarşı şikayətinə  baxıb.

Bu barədə Unikal.org-a H.İbrahimovun özü məlumat verib.

O, bildirib ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan məhkəmə prosesində icra başçısı Alimpaşa Məmmədovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, A.Məmmədov iş adamının onun şərəf və ləyaqətinin alçaltdığını iddia edərək AR Cinayət məcəlləsinin 147.1 və 148-ci maddələri ilə H.İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR