Dünya bir nərdivandır...
21-06-2020 [15:25]
Gülgün Rzayeva
***
Dünya bir nərdivandır,
Qalxanda mehribandır,
Enəndə nə yamandır.
(N.Həsənzadə)
...Dünyaya gəlmək barədə fikrimiz soruşulmur, seçim şansımız olmur. Bir də görürük ki, həyat nərdivanının ilk pilləsindəyik. İxtiyarsız qığıltıyla, sonsuz ana məhəbbətiylə...
Fələk öz çarxını çevirir. Bəxtinə necə ailə, necə həyat düşsə, onu yaşamağa məcbur olursan. Kiminin bəxti gətirir: sevilən, düşünülən, qayğılı ailədə göz açır... Kimi isə tam əksinə...
Doğulduğumuz gündən nərdivanın ilk pilləsinə ayaq basmalı oluruq. Bununla da “həyat” adlanan gözəgörünməz nərdivan hərəkətə başlayır...
İlk pillələrdə qayğıdan uzaq həyəcanla, sevinclə, ümidlə addımlayırıq. Hətta bəzən o qədər tələsiriksə, pilləkənləri iki-iki, üç-üç qalxırıq. Hər pilləni qalxdıqca məsuliyyətimiz, qayğımız artmağa başlayır. Amma ümidsiz olmuruq. Bəzən çox yoruluruq, bezirik, tükənirik...
İstəyirik bu lənətəgəlmiş nərdivan dayansın. Amma o dayanmır, öz işinə davam edir. Bizlərsə yıxılsaq belə durmağa məcbur olub, sönməyən ümidimizin əlindən tutaraq yola davam edirik. Bu çətin yolda nələr yaşamırıq? Hansı təzadlarla qarşılaşmırıq? Kimləri itirmirik? Neçə-neçə insanlarla qarşılaşırıq. Qarşılaşdığımız insanların bəziləri ümidsizliyimiz, peşmançılığımız...
Bəzilərisə yaşamağımıza səbəb olan, bizə güc verən, yıxılmağa qoymayan, etibarlı, anlayışlı, “nə yaxşı ki var” deyə bildiklərimiz olur...
Bu vəfasız nərdivan bizi yavaş-yavaş qaldırdıqdan sonra sürətlə endirməyə başlayır. Onda isə sən nərdivana yalvarırsan: “Yavaş get, ay bivəfa, nə olar bircə dayanma... Axı mənim hələ nə qədər arzularım vardı. Hələ özüm üçün yaşamağa imkanım olmayıb. Nə olar sürətini azalt”.
O isə səni eşitmir, daha sürətlə enməyə başlayır. Fərəhlə, sevinclə, qayğısız qədəm qoyduğumuz nərdivandan belimiz dərddən, əziyyətdən bükülmüş halda enməyə başlayırıq. Artıq anlayırıq sona doğru gedirik. Çönüb keçmişə nəzər salırıq. Hər addımımızı xatırlayırıq.
Öz-özümüzə düşünürük: “İlahi, mən boş yerə nələrin dərdini çəkmişəm? Niyə həyatımın qədrini bilməmişəm? Niyə mənə verilən ömrü boş yerə yaşamışam? O məsum körpənin gözlərindəki həyat eşqinə bax, mən gözümdəki bu həyat eşqinin, bu sevgi qığılcımlarının sönməsinə niyə icazə vermişəm? Kaş sadəcə bir şansım olaydı... Kaş yenidən bu həyat mənə veriləydi... Kaş...” Sən bunları düşündükcə artıq nərdivan son pilləyə çatır... Geriyə yol yoxdu. Hamının xoşbəxtliyi üçün çalışdın, dayanmadan işlədin. Səndən geriyə yalnız xatirələr qalır... Heç elə bil yoxsanmış. Heç elə bil bu dünyaya gəlməmisənmiş.
Həqiqətən, ey həyat, sən nə vəfasızsanmış...
Nərdivanın ilk pilləsinə qədəm qoyarkən də tək idik. Son pillədən də tək ayrılırıq. Yalnız bir fərqlə. İlk pillədə qalxmaq üçün tələsirdik. Son pillədə isə gecikmək, zamanı dayandırmaq istəyirik... Və nərdivan əbədi dayanır... Dünyaya gələrkən gözüyumulu hara gəldiyimizi bilmədiyimiz kimi, dünyadan gedərkən də gözüyumulu hara gedəcəyimizi bilmirik... Bəlkə də, kim bilir bizi yeni bir nərdivan gözləyir.....
Həyat o qədər qısadır ki, nə zaman bitdiyini anlaya da bilmirsən. Yaşamaq şansı bizə sadəcə bir dəfə verilir.
Bu həyatı elə yaşayaq ki, ən azından gözümüzü yumarkən "nə yaxşı ki yaşadım" deyə bilək. Həyatın qədrini bilək. Bizə verilən bu şansdan istifadə etməyi bacaraq. Dünyada baş verən bütün pis hadisələrə, bütün pisqəlbli insanlara inad xoşbəxt olaq. Həyatdan zövq alaq, həyatda olan dəyərli insanların qədrini bilək, ətrafımızda sevgi çənbəri yaradaq. Heç bir zaman ümidimizin, inamımızın kimlərsə tərəfindən əlimizdən alınmasına, söndürülməsinə icazə verməyək.
Sevgiylə, ümidlə qalmanız diləyi ilə...
Mia.az
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO