Qarabağ və Naxçıvan investisiyaların yeni ünvanı... - Güzəştlər biznesə yol açır
İQTİSADİYYAT
Bugün, 19:25
İnvestor üçün hər hansı regiona kapital yatırmaq qərarı yalnız iqtisadi potensialla deyil, investisiyanın təhlükəsizliyi, gəlirliliyi və uzunmüddətli perspektivi ilə müəyyən olunur. Vergi yükü, maliyyə resurslarına çıxış, infrastruktur və dövlət dəstəyi bu qərara birbaşa təsir göstərən əsas amillərdir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda tətbiq edilən yeni iqtisadi təşviq mexanizmləri xüsusi əhəmiyyət daşıyır.
Sahibkarlara təqdim olunan 10 illik vergi güzəştləri, sosial sığorta subsidiyaları, idxal üzrə vergi və gömrük azadolmaları, kreditlərə dövlət zəmanəti və faiz subsidiyaları regionlara özəl kapitalın cəlbi üçün yeni imkanlar yaradır. Xüsusilə 2026-cı ildən Naxçıvanda da 10 illik vergi güzəştlərinin tətbiqinə başlanılması regional iqtisadi inkişaf siyasətinin əhatəsini genişləndirir. Lakin əsas məsələ güzəştlərin mövcudluğu deyil, onların real investisiyaya, istehsala və yeni iş yerlərinə çevrilməsidir. İşğaldan azad edilmiş ərazilərdə 2023-cü ildən tətbiq olunan xüsusi vergi rejimi sahibkarları 2033-cü ilədək bir sıra vergilərdən azad edir.
Mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlərlə yanaşı, müəyyən istehsal sahələrində istifadə olunan texnika, avadanlıq və xammalın idxalına ƏDV və gömrük rüsumları üzrə azadolmalar nəzərdə tutulur. İstehsal müəssisələrinin elektrik enerjisi, qaz, su və tullantı suları üzrə kommunal xərclərinin 20 faizi də dövlət tərəfindən qarşılanır. Bu dəstək yalnız sahibkarları deyil, regionlarda çalışan insanları da əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə çalışan və məskunlaşan mütəxəssislər üçün əlavə məzuniyyət, əməkhaqqına əlavələr və 600 manat birdəfəlik müavinət kimi stimullar tətbiq olunur. 2026-cı ildə investisiya imkanlarını genişləndirən digər mühüm yenilik idxal güzəştlərinin əhatə dairəsinin artırılmasıdır.
Yeni təşviq olunan istiqamətlərə əczaçılıq, bərpa olunan enerji, şərabçılıq, elmi-tədqiqat, ət və süd məhsullarının emalı, heyvandarlıq, balıqçılıq, heyvan yemi istehsalı və kənd təsərrüfatı məhsullarının qablaşdırılması daxildir. Bu, regionlarda yalnız xammal istehsalının deyil, bütöv istehsal zəncirinin formalaşdırılması üçün imkan yaradır. Məsələn, heyvandarlıq təsərrüfatı yaradan investor eyni zamanda süd və ət emalı, soyuducu anbar və qablaşdırma müəssisələri qura bilər. Nəticədə əlavə dəyər regionda qalır, məşğulluq artır və yerli məhsulun bazara çıxışı genişlənir.
Naxçıvanda 2026-cı il yanvarın 1-dən tətbiq edilən 10 illik vergi güzəştləri isə 2036-cı ilədək davam edəcək. Müvafiq rezident sahibkarlar mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilir. Bununla belə, idxal olunan bütün avadanlıq və xammal avtomatik olaraq ƏDV və gömrük güzəştlərinə daxil deyil. Bu azadolmalar qanunvericilikdə müəyyən edilmiş xüsusi kateqoriyalara şamil olunur.
Naxçıvanda digər mühüm dəstək sosial sığorta subsidiyalarıdır. 2026–2029-cu illərdə uyğun istehsal, emal və hasilat müəssisələrinin işçiləri üzrə sosial sığorta haqlarının 100 faizi dövlət tərəfindən qarşılanır. Bu göstərici 2029–2032-ci illərdə 80, 2032–2034-cü illərdə 60, 2034–2036-cı illərdə isə 40 faiz təşkil edəcək. Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən fərdi sahibkarların özləri üçün ödədikləri sosial sığorta haqları da 2036-cı ilədək tam subsidiyalaşdırılır. İqtisadi baxımdan bu mexanizmlər xüsusilə istehsal və emal müəssisələri üçün əhəmiyyətlidir. Çünki sosial sığorta ödənişlərinin dövlət tərəfindən qarşılanması sahibkarın daimi xərclərini azaldır, yeni işçilərin cəlb edilməsini və istehsal gücünün artırılmasını stimullaşdırır.
İnvestisiya mühitində maliyyə resurslarına çıxış da həlledici amildir. İşğaldan azad edilmiş ərazilərdə və digər regionlarda sahibkarlar üçün kreditlərə dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri təkmilləşdirilib. Prezidentin 9 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Bakı və Abşeron istisna olmaqla, digər ərazilərdə sahibkarlara verilən kreditlərin illik faizinin 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Faiz dərəcəsinin yuxarı həddi 13 faiz müəyyən edilib. Kreditlərin əsas borcunun 90 faizədək hissəsinə işğaldan azad edilmiş ərazilərdə, digər regionlarda isə 50 faizədək hissəsinə dövlət zəmanəti verilir.
Bu mexanizmlər sahibkarın maliyyə yükünü azaldır, bank kreditlərinə çıxış imkanlarını genişləndirir və investisiya layihələrinin reallaşmasını asanlaşdırır. Mövcud güzəştləri regionların iqtisadi potensialı ilə birlikdə qiymətləndirdikdə bir neçə istiqamət xüsusi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda aqrar-sənaye, heyvandarlıq, quşçuluq, meyvəçilik və ərzaq məhsullarının emalı böyük perspektivə malikdir. Ağdam Sənaye Parkı və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı isə tikinti materialları, qida sənayesi, elektrik avadanlıqları və digər istehsal sahələrinə investisiya üçün mühüm platformadır.
Bərpa olunan enerji, turizm və xidmət sektoru da yeni biznes imkanları yaradır. Şuşa, Laçın, Kəlbəcər və Zəngilanda turizm infrastrukturunun inkişafı hotel, restoran, nəqliyyat və xidmət müəssisələrinə tələbi artırır. Naxçıvanda isə qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, logistika, anbar təsərrüfatı və tikinti materialları istehsalı diqqətəlayiq investisiya istiqamətləridir.
Bununla belə, investor üçün əsas məsələ yalnız vergi güzəşti deyil. O, məhsulunu harada satacağını, xammalı necə əldə edəcəyini, işçi qüvvəsini haradan cəlb edəcəyini və layihənin nə qədər müddətə gəlir gətirəcəyini bilməlidir.
Bu səbəbdən bir neçə istiqamətdə əlavə addımlar vacibdir. Birincisi, hər iqtisadi rayon üzrə resursları, infrastruktur imkanlarını və bazar tələbatını əks etdirən investisiya xəritələri hazırlanmalıdır. İkincisi, sahibkarlar üçün maliyyə hesablamaları və gəlirlilik proqnozları olan hazır biznes layihələri bankı yaradılmalıdır. Üçüncüsü, kiçik və orta sahibkarların kreditlərə çıxışını məhdudlaşdıran girov və ilkin kapital problemləri azaldılmalıdır. Dördücüsü, regionlarda peşəkar kadr hazırlığı və müasir texniki bacarıqların inkişafı dəstəklənməlidir. Beşincisi, dövlət güzəştlərinin nəticələri cəlb olunan investisiyanın həcmi, yaradılan iş yerləri, istehsal və ixrac göstəriciləri əsasında qiymətləndirilməlidir.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda tətbiq olunan iqtisadi təşviqlər regional inkişaf siyasətində yeni mərhələnin əsasını qoyur. Hədəf yalnız sahibkarın vergi yükünü azaltmaq deyil, özəl kapitalı regionlara yönəltmək, yerli resursları iqtisadi dövriyyəyə cəlb etmək, istehsalı və məşğulluğu artırmaqdır.
Əsas məsələ dövlətin yaratdığı güzəşt imkanlarını sahibkarın real investisiya təşəbbüsləri ilə birləşdirməkdir. Çünki Qarabağda, Şərqi Zəngəzurda və Naxçıvanda qurulan hər yeni müəssisə, yaradılan hər iş yeri və istehsal olunan hər yerli məhsul təkcə regional inkişafın deyil, Azərbaycanın ümumi iqtisadi gücünün artmasının göstəricisidir.
Çinarə Ağayeva
Biznes məsləhətçi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qarabağ və Naxçıvan investisiyaların yeni ünvanı... - Güzəştlər biznesə yol açır
Bugün, 19:25 İQTİSADİYYAT
-
Həbsdən yeni çıxan sabiq icra başçısı Fəxri xiyabanda - Açıqlama + FOTO
Bugün, 18:31 SİYASƏT
-
Mədəniyyət Nazirləri Daimi Şurasının 43-cü iclası keçirilib
Bugün, 18:02 MƏDƏNİYYƏT
-
Universitet sahibi "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi - Sərəncam
Bugün, 12:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Baş nazirlə bağlı sərəncam imzaladı
Bugün, 12:05 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 11:53 CƏMİYYƏT
-
Dəm qazı yenə can aldı - Arvad öldü, ərinin vəziyyəti ağırdır
Bugün, 11:16 CƏMİYYƏT
-
“Sədərək” və “Binə” bağlanır? - AÇIQLAMALAR
Bugün, 10:53 CƏMİYYƏT
-
Lənkəranda qəzaya uğrayan maşın yanıb - Ölən və xəsarət alanlar var
Bugün, 09:48 KRİMİNAL
-
İran HDQ: "ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır"
Bugün, 09:25 DÜNYA
-
Azərbaycan nefti ucuzlaşdı
Bugün, 09:13 İQTİSADİYYAT
-
Bakıda çayxanada dava - Ölən və yaralananlar var
Bugün, 00:17 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
Norveç hava şirkəti iflasa uğradı - Şirkət sərnişinlərə müraciət etdi
27.11.2026, 22:04 İQTİSADİYYAT
-
O, BİR DƏ ŞEİRİN BAŞINA DÖNMƏYƏCƏK... - Pərvanə Bayramqızının “İki aşiq” şeirlər kitabına sözardı
27.11.2026, 19:25 MƏDƏNİYYƏT
-
Gürcüstanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Tbilisiyə nota verildi
27.11.2026, 18:19 SİYASƏT
-
Öcalan Özgür Özələ məktub göndərib: "Bəli, doğrudur"
27.11.2026, 18:19 DÜNYA
-
Müğənni Hadisənin bir də gerçək halını görün - Üz göyərib, sifət qırışıb... + FOTOLAR
27.11.2026, 18:19 ŞOU-BİZNES
-
Hesablama Palatasında yeni şöbə yaradılıb - Təyinat
27.11.2026, 18:04 İQTİSADİYYAT
-
Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı - DETALLAR
27.11.2026, 17:55 İQTİSADİYYAT
-
Hindistanda kriminal avtoritet evindən elə çıxarıldı ki... - FOTO
27.11.2026, 17:37 KRİMİNAL
-
Vüqar Rəhimzadə: Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir
27.11.2026, 17:37 SİYASƏT
-
Putinlə üz-üzə gələn hindli şagird... - FOTOLAR
27.11.2026, 17:21 DÜNYA
-
Türkiyədə məşhur universitetdə dəhşət - Tələbə qadın professoru boğazından bıçaqlandı
27.11.2026, 17:08 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
27.11.2026, 17:00 İQTİSADİYYAT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - 8 məsələ müzakirə olunacaq
27.11.2026, 16:46 GÜNDƏM
-
ATU-nun Stomatologiya fakültəsinin dekanının diplomu saxtadır?
27.11.2026, 16:34 CƏMİYYƏT
-
Türkiyədə iki gün əvvəl saxlanılan jurnalistlər sərbəst buraxıldı
27.11.2026, 16:27 PRESS
-
Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib
27.11.2026, 16:20 GÜNDƏM
-
Amarant: Gözəlliyin, sağlamlığın və bərəkətin bir adı var
27.11.2026, 16:11 İQTİSADİYYAT
-
Bərzani, yoxsa Əli əl-Zeydi? - Tramp seçimini etdi
27.11.2026, 16:00 GÜNDƏM
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
27.11.2026, 15:52 SİYASƏT
-
Mingəçevirə yeni rəis təyin edilib
27.11.2026, 15:37 CƏMİYYƏT
-
Həbsdəki icra başçısının məhkəməsi başlayır
27.11.2026, 15:09 KRİMİNAL