Bakı, Abşeron, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabadda əksər məhkəmələr təxirə salındı
19-06-2020 [19:43]
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində əksər məhkəmələr təxirə salınıb.
Ali Məhkəmədən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:
Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
Azərbaycan Respublikasının Ali Məhkəməsində işlərə baxılması davam etdirilsin;
Həbsdə olan şəxslər barəsində apelyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işlərinə və digər materiallara baxılması təmin edilsin;
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;
Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin;
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;
Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apelyasiya və kasasiya şikayətlərinin yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbulunu təmin etsinlər.
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb