Ramin Hacılı "Bandotdel"ə niyə çağırılıb? - DİN açıqlama yaydı
16-06-2020 [17:13]
Daxili İşlər Nazirliyi ictimai fəal Ramin Hacılının sosial şəbəkədəki canlı yayımda səsləndirdiyi iddialarla bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, vətəndaş Ramin Hacılı sosial şəbəkələrin birində canlı yayıma çıxaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız yerə çağırıldığını və təhdid edildiyini iddia edib. O, polisə çağırılmasının səbəbini hansısa icra hakimiyyəti başçısının oğlu haqqında dediyi sözlə əlaqələndirib:
"Lakin, R.Hacılı özü çox yaxşı bilir ki, o, qeyd edilən idarəyə hansı səbəbdən dəvət olunub. Əgər unudubsa, polisə çağırılmasının səbəbini bir daha ona xatırladaq. Belə ki, o, 2018-ci ildə 35 nəfər vətəndaşın etibarından sui-istifadə edərək müxtəlif xarici ölkələrə viza alacağı və digər sənədləşmə işləri həyata keçirəcəyi adı ilə onların ümumilikdə 153 min 875 manat pul vəsaitlərini ələ keçirmişdir. Həmin şəxslərin çoxsaylı şikayətləri əsasında toplanmış material üzrə BMCMİ-də Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və ona ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Təqsirləndirilən şəxs R.Hacılının vətəndaşlara vurulmuş ziyanın qısa zamanda ödəniləcəyi ilə bağlı verdiyi vədlər və səhhətində olan problemlər nəzərə alınaraq 2019-cu ilin mart ayında məhkəmənin qərarı ilə o, həbsdən azad edilmiş və barəsində başqa yerə getməmə haqqında iltizam tədbiri seçilmişdir.
Azadlığa çıxdıqdan bu günə qədər, yəni bir il üç ay ərzində o, yalnız 14 nəfərin pulunu tam, 7 nəfərin pulunu isə qismən (təxminən 30 min manat) qaytarmış , 14 nəfərin pulunu (təxminən 123 min manat) bu günə qədər ümumiyyətlə qaytarmamışdır.
Odur ki, pullarını ala bilməyən 21 nəfər zərərçəkmiş şəxs yenidən istintaqa müraciət edərək R.Hacılının dələduzluq yolu ilə onlardan aldığı pul vəsaitlərinin tam qaytarılmasına köməklik göstərilməsini tələb edirlər. Hətta şikayətçilər polisi R.Hacılını müdafiə etməkdə də suçlayırlar. Buna görə də o, 3 gün əvvəl - iyunun 13-də istintaqa çağırılmış və vətəndaşlara vurduğu külli miqdarda ziyanın qısa müddətdə ödənilməsi ilə bağlı bir daha ciddi xəbərdar olunmuşdur.
R.Hacılı bütün bunları bilə-bilə müxtəlif saytlarda və sosial şəbəkələrdə polisə çağırılmasının əsassız olduğunu, guya bu çağırışların onun fəaliyyəti ilə bağlı olduğunu iddia etməklə məsuliyyətdən yayınacağını fikirləşirsə, böyük səhvə yol vermiş olur. O, vaxtını belə işlərə sərf etməkdənsə, çoxsaylı vətəndaşlara vurduğu ziyanın ödənilməsini təmin etməlidir".
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb