Astarada qardaş qardaşı güllələyib

img

15-06-2020 [14:15]


Astara rayonunun Ərçivan qəsəbəsində qardaş qardaşı güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA