Paytaxt polisindən Rəhim Qazıyevin döyülməsi haqda açıqlama: "Şübhəli şəxs var..."

img

12-06-2020 [19:42]


Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanılıb:

“Bu barədə  faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdırmalar davam etdirilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA