83 il əvvəl Qarabağdan Qazaxıstana sürgün edilən 96 yaşlı azərbaycanlı: "Ağdamın işğalı mənə çox pis təsir etdi..." - MÜSAHİBƏ
CƏMİYYƏT
12.06.2020, 14:57
O, 83 il əvvəl Stalinin qanlı represiyasına məruz qalaraq ailəsi ilə birlikdə Azərbaycanın dilbər guşəsi olan Qarabağdan Qazağıstan çöllərinə sürgün edilib.
O zaman Şamil Tağıyevin 13 yaşı olub. Sürgün həyatının çətinliklərinə sinə gərən Ş.Tağıyevin məşəqqətləri Stalinin ölümündən sonra başa çatıb. Beləliklə, Tağıyevlər ailəsi azad nəfəs ala biliblər.
Bundan sonra, o, Azərbaycana qayıtmayaraq Qazaxıstanda məskunlaşmağa qərar verib. Hazırda 96 yaşlı Ş.Tağıyevin 11 övladı, 50 nəvəsi, 90 nəticəsi, 1 kötücəsi var.
Mia.az "Report"a istinadla Şamil Tağıyevlə müsahibəni təqdim edir.
- Özünüzü necə hiss edirsiniz, səhhətiniz necədir?
- Sağlıq-salamatlıqdır. Səhhətim yaxşıdır, işləyirəm. Yaxşı dolanıram. Şükür, heç bir çətinliyim yoxdur.
- Əslən Qarabağdansınız. Ailəniz sovet dövründə Qazaxıstana sürgün edilib. O zaman neçə yaşınız var idi? O illəri necə xatırlayırsınız?
- Mən 1924-cü ildə Yuxarı Qarabağda, Kosalar kəndində doğulmuşam. Ailəmiz 1937-ci ildə Qazaxıstana sürgün ediləndə mənim 13 yaşım olardı. O illəri yaxşı xatırlayıram. Xankəndində evlərimiz var idi. Şuşa qalasını da görmüşəm.
Atam Mahmud Nəcəfov Qarabağın ən varlı və hörmətli şəxslərindən olub. Qırxqız dağlarının ətəyində yerləşən 5-6 kəndin torpaqları atama məxsus idi. Oradakı bulaqların suyundan çox içmişəm. Lakin Sovet hakimiyyəti illərində digər varlı insanlar kimi atam da “xalq düşməni” elan olundu və biz ailəlikcə Qazaxıstana sürgün edildik.
Bu torpaqlara pənah gətirəndə heç nəyimiz yox idi. Evsiz-eşiksiz qalmışdıq. Bizi evlə təmin etdilər. Qazax xalqının bizə etdiyi yaxşılıqları heç vaxt unutmaram. Mən həm də Qazaxıstanın “fəxri vətəndaşı” adına da layiq görülmüşəm.
- Sürgündən sonra Vətənə getmək imkanınız olubmu, qohumlarla əlaqəniz varmı? Azərbaycanla bağlı ən çox nəyi xatırlayırsınız?
- Bəli, 3-4 dəfə Azərbaycana getmişəm, qohumlarımla görüşmüşəm. Əmim uşaqları indi Bakıda yaşayırlar. Ağdamın ermənilər tərəfindən işğal olunması mənə çox pis təsir etmişdi. Çünki uşaqlıq illərim Ağdamda, Sarıcalı kəndində keçib. O illəri çox yaxşı xatırlayıram. Ümumiyyətlə, Vətəni unutmaq mümkün deyil.
- Siz həm də Böyük Vətən müharibəsi veteranısınız. Faşizm üzərində qələbədə sizin də payınız var. Döyüş yolunuz haradan başlayıb, harada bitib?
- 1943-cü ildə hərbi xidmətə çağrıldım, 6 ay hərbi məktəbdə təlimlər keçəndən sonra 1944-cü ildə müharibəyə yollandım. Minomyot atan bölüyə düşmüşdüm. Müharibədə olduğum 2 il çox çətin keçdi, 2 dəfə ağır yaralandım. Beş ay hərbi hospitalda müalicə almalı oldum. Budapeştin azad olunmasında şəxsən iştirak etmişəm. Müharibədə iştirakıma görə bir neçə orden və medalla təltif olunmuşam.
- Vətən həsrəti ilə qürbətdə yaşayan, müharibənin ağrı-acısını görən, 11 övlad böyüdən, 100 yaşın astanasında olan Şamil baba nəvələrinə, nəticələrinə ən çox hansı məsələhətləri verir?
- Müharibədən qayıdandan sonra qazax qızı Rahiyə ilə evləndim. Bir ildir xanımım rəhmətə gedib, 11 övladım, 50 nəvəm, 90 nəticəm, 1 kötücəm var. İndi övladlarımın hərəsi bir ocağın, bir ailənin başçısıdır. Onların hamısına yaxşı tərbiyə vermişəm, hamısı təhsilli, savadlıdır. İndi də gözüm nəvə-nəticələrimin üzərindədir. Onların təhsil ilə maraqlanıram. Çalışıram ki, onlar Azərbaycan dilini də öyrənsinlər, savadlı olsunlar. Azərbaycana olan sonsuz sevginin, torpağa, milli köklərə bağlılığının nəticəsidir ki, nəvələrimdən biri Ramilya Mustafayeva 21 min azərbaycanlının məskunlaşdığı Türküstan vilayətində “Qarabağ” Azərbaycan Etnomədəni Birliyini yaradıb və onun rəhbəridir. Birliyə “Qarabağ” adının verilməsi nəvəmin şəxsi təşəbbüsüdür. Nəvə-nəticələrimə, eləcə də bütün gənclərə məsləhətim budur ki, yaxşı insan olsunlar, oxusunlar, savadlı olsunlar.
- Hazırda nə işlə məşğul olursunuz?
- Mən ixtisasca aqronomam. Müharibədən sonra 1963-1968-ci illərdə Daşkənddə Xalq Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil almışam. 40 ildən çox bu sahədə çalışmışam. Həm cavanlığımda, həm də ahıl yaşımda bu sahədəki xidmətlərimə görə bir çox mükafata layiq görülmüşəm.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Sizə cansağlığı arzu edirik.
- Bizi yada saldığınız üçün minnətdaram. Azərbaycan xalqının başı həmişə uca olsun, əmin-amanlıq olsun. Qazaxıstandan Azərbaycana çoxlu salam göndərirəm. Azərbaycana xoş günlər arzu edirəm. Prezidentimiz İlham Əliyev sağ olsun, bizi daim yada salır. Mən qürbətdə olanları xatırlayan hər kəsə, xüsusi ilə Fuad Muradova təşəkkür edirəm. Yaxında Azərbaycanda görüşmək ümidi ilə! Sağ olun!
Lalə İmamalıyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İran ABŞ-ın daha bir PUA-sını vurub
Bugün, 00:28 DÜNYA
-
Ərdoğan böyük heyətlə ABŞ-a getdi
Bugün, 00:16 GÜNDƏM
-
Trampdan gözlənilməz mesaj verdi, İrana qarşı variantlar sadaladı: "Pezeşkianla görüşə hazıram"
Bugün, 00:10 GÜNDƏM
-
İstanbulda Universitet sahibi saxlanıldı
Bugün, 00:10 GÜNDƏM
-
AHİK-də yeni təyinatlar - Baş mütəxəssis sektor müdiri, sektor müdiri isə...
Bugün, 00:07 CƏMİYYƏT
-
7 ölkə Türkiyəyə qarşı birləşdi - İtaliya birgə bəyanatı imzalamadı
Bugün, 00:03 GÜNDƏM
-
Türkiyə Super Liqasında sürpriz lider... - "Beşiktaş" Diyarbəkirdə məğlub oldu
Bugün, 00:02 İDMAN
-
"Fənərbaxça" "Eyüpspor"u 8 qolla darmadağın elədi
20.09.2026, 20:39 İDMAN
-
Xankəndi, Xocalı və Ağdərədə konsertlər keçirilib
20.09.2026, 18:06 MƏDƏNİYYƏT
-
Ukrayna ordusu ilk yeni ballistik raketi ilə Rusyanın strateji zavodlarını hədəf aldı: "Laylı müdafiə çətiri qurmaqdansa..."
20.09.2026, 16:59 GÜNDƏM
-
Husilər Ər-Riyadda hücum edib: "Məkkəyə hücum bizlik deyildi, bu isə..." - Səudiyyə isə qruplaşmanı mülki əhalini hədəf almaqda ittiham edir
20.09.2026, 16:47 DÜNYA
-
Qeyri-sabit hava ilə bağlı daha bir - Xəbərdarlıq
20.09.2026, 15:53 GÜNDƏM
-
"Düzdür, biz həddi bir az aşmışıq" - Rüfət Nasosnı Balaləli ilə Xosrov Maştağalının toydakı davasından danışdı
20.09.2026, 15:14 ŞOU-BİZNES
-
19-20 sentyabrdakı antiterror əməliyyatı: tarixi ədalət və uğur!... - TƏHLİL
20.09.2026, 14:44 SİYASƏT
-
"Kim tənqid edirsə, özü bilər" - "Üzeyir bizim qardaşımızdır, mən də istədim ki, muğamı bir az gəncləşdirim”
20.09.2026, 13:42 MƏDƏNİYYƏT
-
QULU AĞSƏSİN YENİ ŞEİRİ... - VİDEO
20.09.2026, 13:31 PRESS
-
Sabah hava necə olacaq? - Proqnoz
20.09.2026, 12:40 CƏMİYYƏT
-
Ceyhun Bayramov Nyu Yorka gedib
20.09.2026, 10:26 GÜNDƏM
-
AZAL-ın keçmiş prezidentinin ABŞ-dan sonra Londonda da mülkləri ortaya çıxdı - FOTOLAR
20.09.2026, 09:07 GÜNDƏM
-
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
20.09.2026, 00:02 GÜNDƏM
-
“Trabzonspor”- “Qalatasaray” derbisi: 2 qırmızı kart, 4 qol...
19.09.2026, 23:58 İDMAN
-
Mehriban Əliyeva: "Qoy xalqımızın həmrəyliyi, suverenliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!"
19.09.2026, 21:52 GÜNDƏM
-
İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO
19.09.2026, 18:16 GÜNDƏM
-
Bilgəhdə 2 nəfər dənizdə batıb
19.09.2026, 17:26 CƏMİYYƏT
-
Baş inspektor rəis təyin olunub
19.09.2026, 17:03 İQTİSADİYYAT
-
Həbsinə heç kim inanmırdı... - Adnan Əhmədzadə bir ildir həbsdədir + FOTOLAR
19.09.2026, 16:31 SİYASƏT
-
“Bank Respublika”nın “AccessBank”ı almasına “Paşa Bank”dan - Reaksiya
19.09.2026, 16:28 İQTİSADİYYAT
-
Məşhur vəkilin Azərbaycandan çıxışına "STOP" qoyulub
19.09.2026, 15:47 SİYASƏT
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb
19.09.2026, 15:24 KRİMİNAL
-
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir - SİYAHI
19.09.2026, 14:55 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş futbolçu haqda sərəncam imzalayıb
19.09.2026, 14:30 GÜNDƏM
-
Prezident onları təltif etdi - SİYAHI
19.09.2026, 14:04 GÜNDƏM
-
Anar Ələkbərov Milli Qəhrəmanın ailəsində qonaq olub, toyda iştirak edib - FOTOLAR
19.09.2026, 13:44 GÜNDƏM
-
Məşhur YAP-çı: "2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq" - "Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından uzaqlaşdırılmalıdır"
19.09.2026, 13:29 SİYASƏT