Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib

img

11-06-2020 [12:17]


Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əlibəyli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 2,8 ton olan 7 850 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən isə Tovuz rayonunun Düzqırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 ton olan 2 628 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA