"Neftçi” Futbol Akademiyasının direktoru ilə vidalaşıb

img

08-06-2020 [17:55]


“Neftçi” Futbol Akademiyasının direktoru ilə yollar ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, müqavilə müddəti başa çatan akademiyanın direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 

Klub prezidenti Kamran Quliyev ingiltərəli mütəxəssislə görüşərək, xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Mik Benet 2018-ci ildə “Neftçi”yə gəlmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR