Moskvada karantin rejimi ləğv olunur

img

08-06-2020 [17:21]


Sabahdan etibarən Moskva özünütəcrid rejimini, qrafik üzrə buraxılış və gəzintini ləğv edir.

Bu barədə jurnalistlərə Moskva meri Sergey Sobyanin məlumat verib.

Mer qeyd edib ki, sabah bərbər salonları və qəbiristanlıqlar açılacaq, karşerinq tam gücü ilə işləyəcək.

Muzeylər, zooparklar, kitabxanalar, stomatologiya və yay verandaları iyunun 16-da, restoran və kafelər isə iyunun 23-də açılacaq.

Moskvanın parklarındakı uşaq oyun meydançaları, trenajorlar və skamyalar da iyunun 23-dək bağlı olacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA