Ağdaş ƏSMM-in məsləhətçisinə niyə cinayət açılıb? - Prokurorluq 2 milyonluq korrupsiya sxemi haqda məlumat yaydı
08-06-2020 [16:49]
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxslərinin cinayət əməllərinə görə 6 may 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlovun, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilib:
"Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb.
Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 23 may 2017-ci il tarixdə yeni cinayət işi ayrıca icraata ayrılmış və iş üzrə icraat 20 may 2020-ci il tarixdə təzələnmişdir.
İstintaqla həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayevanın yuxarıda adları qeyd edilən şəxslərlə birgə, eyni cinayət əməllərini törətməsi nəticəsində 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxtakarlığa yol verib cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib