"Rayonlara yol açılmayacaq və..." - Baş infeksionistdən əhaliyə xəbərdarlıq

img

03-06-2020 [17:16]


"Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər".

Mia.az xəbər verir ki, bu sözləri ölkənin Baş infeksionisti Cəlal İsayev  musavat.com-a müsahibəsində deyib.

İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz: “İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA