Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar vurulub, iki soydaşımız yaralanıb - VİDEO (YENİLƏNİB)

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar vurulub, iki soydaşımız yaralanıb - VİDEO (YENİLƏNİB)

GÜNDƏM

18.06.2026, 23:17

Moskvadakı “Sadovod” ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında “Sadovod” bazarına düşən dron parçaları Azərbaycan vətəndaşları, Şəki rayonu sakinləri İslam Süleymanov və Elnur Nəbiyevin xəsarət almasına səbəb olub.

Yaralılar Moskva şəhərindəki 36 saylı xəstəxanaya yerləşdiriliblər.

Hazırda onlardan birinin evə buraxıldığı bildirilib.

***

Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarında yanğın baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Vurulmuş dronun “Sadovod” bazarının ərazisinə düşməsini Moskvanın meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR