Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib - Müzakirə + FOTO
GÜNDƏM
18.06.2026, 13:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, Beynəlxalq İnkişaf üzrə OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Afrikada İqtisadi İnkişaf üzrə Ərəb Bankının prezidenti Abdulla Xəlil Əl-Müseybih, Ərəb Valyuta Fondunun Baş direktoru və İdarə Heyətinin sədri Fəhad Əl-Türki, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdürrəhman Əl-Mərşad, Ərəb Körfəzi İnkişaf Proqramının icraçı direktoru Həmmam bin Nasir bin Cureyd, Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun əməliyyat direktoru Tamer Əl-Failakavi, Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Abdulla Əl-Cadan, Küveyt Dövlətinin maliyyə naziri Yaqub Ər-Rifai, Qətər Dövlətinin maliyyə naziri Əli Əhməd Əl-Kuvari və Birləşmiş Ərəb Əmirlikləri Maliyyə Nazirliyinin beynəlxalq maliyyə əlaqələri üzrə nazir müavini Əliabdulla Şərəfi daxildir.
Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirakının əhəmiyyətini qeyd edib.
Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında fəal əməkdaşlığın qurulduğunu deyən Prezident İlham Əliyev bir çox layihələrin icra mərhələsində olduğunu vurğulayıb. Dövlət başçısı imzalanacaq sənədlərin önəminə də toxunub.
Ölkədə olmaqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir qəbula görə nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dövlət başçısının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, ölkədə mövcud olan əlverişli investisiya mühitinin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlarla birgə layihələr həyata keçirmək baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdən sonra Azərbaycan Prezidentinin iştirakı ilə "Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" layihəsi üzrə Kredit sazişi imzalanıb. Həmçinin imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında "Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" mübadilə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var
Bugün, 12:03 DÜNYA
-
Xocavənd və Ağdərəyə növbəti köç olub
Bugün, 12:01 GÜNDƏM
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR
Bugün, 11:52 SİYASƏT
-
Türkiyədə fond qalmaqlı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"
Bugün, 11:47 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti qalxdı
Bugün, 11:25 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Hindistan XİN başçısını belə qarşıladı - FOTOLAR
Bugün, 11:15 SİYASƏT
-
Bələdiyyə sədri icra başçısının müavini təyin olunub
Bugün, 11:15 CƏMİYYƏT
-
Hindistanın xarici işlər naziri Bakıda - İlham Əliyev qəbul etdi + FOTO
Bugün, 11:02 GÜNDƏM
-
Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb
Bugün, 10:55 PRESS
-
ABŞ Ukraynada peyk interneti niyə söndürdü? - "Mən Maska zəng etməmişəm, vacib olan odur ki.."
Bugün, 10:44 GÜNDƏM
-
ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsi barədə sualdan yayındı
Bugün, 10:37 GÜNDƏM
-
Tramp: "Bəlkə bir az da irəli gedə bilərik"
Bugün, 10:30 DÜNYA
-
"Azəriqaz", "Azərişıq"... - "Qohumbazlıq, tanışlıq yolu ilə işə qəbul edirlər, naşı adamlar idarəetməyə gətirilir, nəticə də budur"
Bugün, 10:28 CƏMİYYƏT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS QANDALLANDI
Bugün, 10:13 GÜNDƏM
-
Məhəmməd Salahı kim durduracaq?
Bugün, 10:01 İDMAN
-
İcra başçılarının üzərinə böyük yük düşəcək - Gələn ildən büdcədən pul ala bilməyəcəklər
Bugün, 09:11 İQTİSADİYYAT
-
Avropa Liqası: "Beşiktaş", "Yuventus", "Seltik"...
Bugün, 09:08 İDMAN
-
"Trabzonspor" Tomas Reisin rəhbərliyi altında məğlubiyyətsizlik seriyasını davam etdirir
Bugün, 00:04 İDMAN
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT
-
Qobustan qəsəbəsində iki qardaş bıçaqlanıb
22.10.2026, 21:34 KRİMİNAL
-
Danimarka Rusiyaya qarşı silahlanır
22.10.2026, 21:34 DÜNYA
-
Çində zəlzələ oldu - 7 bal gücündə
22.10.2026, 21:20 DÜNYA
-
Tramp: "İran uduzmağımız üün hər şeyi edir"
22.10.2026, 20:26 DÜNYA
-
VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Dövlət əmlakını mənimsəmə ittihamı ilə
22.10.2026, 20:05 GÜNDƏM
-
Aktrisalığın "daşını atdı", indi təsərrüfatla məşğuldur - FOTO
22.10.2026, 19:46 ŞOU-BİZNES
-
Kanadanın Baş naziri Ankarada: "Türkiyə ilə strateji tərəfdaşlığımıza başlayırıq"
22.10.2026, 19:37 SİYASƏT
-
Türkiyə COP31 Sammitə hazırlaşır
22.10.2026, 19:20 GÜNDƏM
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlayıb
22.10.2026, 18:09 CƏMİYYƏT
-
Rus turist qadını küçənin ortasında qadınlar döydü
22.10.2026, 18:02 DÜNYA
-
Sergen Yalçının məşqçilər heyəti bəlli oldu
22.10.2026, 17:47 İDMAN
-
"Meta" 25 milyard dollar cərimələndi
22.10.2026, 17:41 PRESS
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
22.10.2026, 17:33 KRİMİNAL
-
Mikayıl Cabbarovdan əmr: Nazirliyin Aparat rəhbərinə yeni müavin təyin olundu
22.10.2026, 17:29 CƏMİYYƏT