Azərbaycan millisi ilk qələbəsini qazandı - 2:0

img

11-10-2013 [22:59]



Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 9-cu matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Səfərdə bu rəqiblə 1:1 hesablı bərabərə qalan yığmamızın doğma meydanda qələbə qazanaraq qrupun sonuncu pilləsindən qurtulacağına ümidlər böyük idi.

Eyni zamanda bu oyun milli komandamız üçün əlamətdar olub. Belə ki, yığmamız bu gün 200-cü oyununa çıxıv və inamlı qələbə qazanıb - 2:0.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə olaraq seçmə mərhələlər tarixində 8 xal toplayıb. Bu günə qədər ən yaxşı nəticəni ötən Avropa seçmə mərhələsində göstərən millimiz (7 xal) Şimali İrlandiyaya qalib gəlməklə qrupda dördüncü pillədə qərarlaşıb.

F qrupu

21:00. Azərbaycan - Şimali İrlandiya - 2:0 
Qollar: Rüfət Dadaşov. 58 (1:0), Mahir Şükürov, 90+4, (2:0)
Qırmızı vərəqə: Conni Evans, 90+3 (Şimali İrlandiya)

Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).

qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA