Hakimlər, prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün davranış qaydaları hazırlanacaq

img

02-06-2020 [20:30]


Azərbaycanda hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydaları hazırlanacaq. 

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb. 

Sənədə əsasən, hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün bu sahədə təlim proqramları da həyata keçiriləcək. Eyni zamanda cinayət və ya digər hüquq pozuntuları törədən, həmçinin cinayət nəticəsində zərərçəkmiş uşaqlara və müvafiq işlər üzrə onların qanuni nümayəndələrinə ödənişsiz və keyfiyyətli hüquqi yardım göstəriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA