Türkiyədə bu tarixdən məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq

img

29-05-2020 [09:46]


Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq, o cümlədən şəhərlərarası səfərlərə icazə veriləcək.

Mia.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə sakinləri yenidən çimərliklərə, qoruqlara və parklara baş çəkə biləcəklər, kafe, muzey, uşaq bağçaları da işə başlayacaq.

Bundan əlavə, iyunun 1-dən etibarən daha əvvəl məzuniyyətə göndərilən və ya “çevik” rejimdə işləyən dövlət məmurları da işə başlayacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR