Terimin "Qalatasaray"da aldığı məvacib açıqlandı

img

10-10-2013 [10:06]


Fatih Terimin "Qalatasaray"ın baş məşqçisi olduğu zaman aldığı məvacibin məbləği açıqlanıb.

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın vitse-prezidenti Özkan Olcay Fateh Terim ilə Roberto Mançinini aldığı maaşları müqayisə edərək bildirib ki, "İmperator"' ləqəbli məşqçi 3,125 milyon avro əmək haqqı alıb. Bu məbləğə mükafatlar və bonuslar aid olmayıb.


Qeyd edək ki, Roberto Mançininin müqaviləsində bu məbləğ 3,5 milyon avrodur.

"Qalatasaray" rəsmisi Fatih Terimlə bağlı danışarkən, onun üvnaına işçi kəlməsini də işlədib. Özkan Olcay Mançininin Fatih Terimdən çox mükafat alacağını da sözlərinə əlavə edib.

Türkiyə çempionluğu üçün əgər Terim 1 milyon avro tələb edirdisə, Mançini 1,25 milyon avro alacaq. Türkiyə kuboku üçün Mançini Terimin istədiyi məbləğ-500 min avro mükafat alacaq. Mançini Türkiyə Super Kuboku üçün ödəniş tələb etməyib.

Terim klubun Çempionlar Liqasına çıxması üçün 450 min avro tələb etdiyi halda, Mançini belə bir istəklə çıxış etməyib. Çempionlar Liqasında dörddəbir finala çıxma halında Terim 250 avro aldığı halda, italyan mütəxəssis 350 min avro tələb edib.

Çempionlar liqasının finala çıxmaq mükafatı hər iki məşqçi üçün 1 milyon avro olub.

Əgər Çempionlar liqasında çempion olacağı təqdirdə Fatih Terim 1 milyon avro alacağı təqdirdə, Mançini 2 milyon avro alacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA