“Xaş-xaş 2020”: bir tona yaxın narkotik məhv edildi

img

27-05-2020 [11:04]


“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6 234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA