Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaranıb - Saakaşviliyə görə

img

22-05-2020 [14:55]


“Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb”.

Bunu Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani deyib.

Nazirin sözlərinə görə, buna baxmayaraq, strateji tərəfdaş olan Ukrayna ilə münasibətlər davam etdirilir: “Ukrayna ilə strateji münasibətlərə yenidən baxılmayacaq. Lakin bu vəziyyət ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb və bu münasibətləri necə davam etdirəcəyimiz barədə təhlil apramalıyıq”.

D.Zalkaliani qeyd edib ki, Ukraynadakı səfir Teymuraz Şaraşenidzenin Gürcüstanda məcburi karantin müddəti mayın 25-də başa çatır: “Diplomatla həmin tarixdə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacaq”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:22 26.10.2020

Şamaxıda zəlzələ oldu