Gürcüstanda koronavirusa yoluxanların sayı çoxaldı

img

19-05-2020 [10:07]


Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 702-yə çatıb. Onların 456-sı müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Karantində 3 787, stasionar nəzarətdə isə 337 nəfər saxlanılır.

Koronavirusdan test olunan şəxslərin sayı isə 40 711 nəfər təşkil edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR