“Bu mövzuda danışmaq istəmirəm” - Afaq Bəşirqızı Mədəniyyət Nazirliyindəki həbslərə belə reaksiya verdi

“Bu mövzuda danışmaq istəmirəm” - Afaq Bəşirqızı Mədəniyyət Nazirliyindəki həbslərə belə reaksiya verdi

MƏDƏNİYYƏT

15.05.2020, 17:17

Xalq artisti Afaq Bəşirqızı DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyata münasibət bildirməkdən imtina edib.

Mia.az xəbər verir ki, Yenisabah.az-ın əməkdaşı tanınmış aktrisa ilə əlaqə saxlasa da, onun cavabı qısa olub: “Bu mövzuda danışmaq istəmirəm”.

Afaq Bəşirqızı əməkdaşımızın digər suallarını da cavablandırmaq istəməyib.

Xatırladaq ki, Afaq Bəşirqızı son günlər adı ətrafında ən çox ajiotaj yaranan sənət adamlarından biridir. O, bir müddət əvvəl rayondan Bakıya gələn gənc qadınlar haqda dediyi qalmaqallı fikirlərlə gündəmdə olmuşdu. Müşahidəçilər hesab edirlər ki, aktrisa sosial şəbəkələrdə qınağa gələndən sonra özünə senzura tətbiq edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR