Daha bir qəzet bağlanmaq təhlükəsiylə üz-üzə - açıqlama

img

08-10-2013 [13:37]


Daha bir mətbu orqan bağlanma təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə verilən məlumatlardan aydın olur ki, ölkənin aparıcı qəzetlərindən olan «Gündəm Xəbər» qəzeti maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıra bilər.

Qəzetin təsisçisi Şirin Cəfərinin redaksiyamıza bildirdiyinə görə, son bir ildə redaksiya böhran keçirir: «Qəzetimizə qarşı təzyiqlər, qondarma vergidən yayınma ittihamı və digər bu kimi amillər təbii ki, «Gündəm Xəbər» qəzetinin işinə mənfi təsir göstərməli idi.

İndi də yayım firmalarının aylardır yaratdığı şərait redaksiyamıza sarsıdıcı zərbəni vurub. Artıq qəzetimiz fəaliyyətini daandırmaq kimi bir qayğı ilə üz-üzədir».

Şirin Cəfəri açıqlamasında onu da qeyd edib ki, yeganə gəlir yeri məhz satışdan gələn pul olduğundan aylardır redaksiya kollektivinin əməkhaqqısının ödənilməsində də ciddi problemlər yaşayır: «Dəfələrlə şəxsi tanışlarımdan məhz işçilərin əməkhaqqısının qarşılanması üçün borc pul almışam. Və artıq son həddə yetişmişik. Elə bir mərhələdəyik ki, bundan sonra fəaliyyətimizi davam etdirməyimiz çətinləşib. Əgər yayım firmaları ilə münasibətlərimiz bu şəkildə davam edərsə, o zaman «Gündəm Xəbər» qəzeti uzağı bir ay duruş gətirə bilər»(dia.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA