Pərviz Həşimli yenidən məhkəməyə müraciət edib

img

14-10-2013 [14:19]


"Bizim yol” qəzetinin əməkdaşı və "moderator.az” saytının həbsdə olan rəhbəri Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi üçün ərizə ilə məhkəməyə müraciət edib. 

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. E. Sadıqov deyib ki, P. Həşimli ərizəsində hazırda saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında şəraitin yaxşı olmamasını əsas gətirərək saxlanma yerinin Bakı İstintaq Təcridxanasına dəyişdirilməsini xahiş edib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA