"Cəhənnəm olsunlar, o nazirə sual verin ki..." - Baloğlan Əşrəfovdan sərt açıqlamalar
12-05-2020 [21:32]
“Oğlanlar var ki, 30-40 ildir heç yada düşmürlər. Yenə tamaşaçılarıma qurban olum, məni sevdirən məhz elə onlardır. Mədəniyyət Nazirliyinə qalsaydı, adım heç dəftərdə olmazdı”
Bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov deyib.
Müğənni Mədəniyyət Nazirliyinin fəaliyyətini sərt şəkildə tənqid edib:
“Sovet hökumətin vaxtında çox çalışırdım. Polad Bülbüloğlu özü ansamblımı yaradanlardan biri olub. Onda mənə Əməkdar artist fəxri adı verilməli idi, amma vermədilər. Bunu elə vaxtda verdilər ki, mənim demək olar ki, əməyimin ən gözəl vaxtları getmişdi. Ondan sonra Mədəniyyət Nazirliyində baş verənlərlə maraqlanmadım. Amma onu bilirəm ki, indi fəxri ad alanların əksəriyyətindən heç Əbülfəs Qarayevin özünün də xəbəri yoxdur.
Son zamanlar fəxri ad alanlarla bağlı nazirə sual verin, görün heç xəbəri varmı? Heç mən tələb də etmirəm, cəhənnəm olsunlar, Baloğlan kimi öz adım var. Sadəcə olaraq Xalq artisti fəxri adının fərqi onda idi ki, dövlət tərəfindən sənə müəyyən imtiyazlar edilir, bunu da almayandan sonra heç danışmaq da istəmirəm. Oğlanlar var ki, 30-40 ildir heç yada düşmürlər. Yenə tamaşaçılarıma qurban olum, məni sevdirən məhz elə onlardır. Mədəniyyət Nazirliyinə qalsaydı, adım heç dəftərdə olmazdı. Bu günə kimi əlimdən nə gəlib, etmişəm. Azərbaycanda elə bir mədəniyyət evi göstərin və əgər orda konsertim olmayıbsa, mənə nə istəsəniz, deyin.
Baloğlan adını Azərbaycanda şəhərdən tutmuş dağ rayonlarına qədər soruşsunlar əgər məni tanımasalar, Əməkdar artist fəxri adı mənə haram olsun. Axı belə deyil. Mən camaatda şəhvət hissi oyatmamışam, vətənimə xəyanət etməmişəm, oxuduğum ancaq saf sevgi və vətən uğrunda olub. Bəs onda nə səbəb var ki, mənə Xalq artisti fəxri adı verilmir, özümü “sındırmamışam” və heç bundan sonra da “sındırmayacam”. Öz mədəniyyətimi, şəxsiyyətimi qoruduğum və özümü sevdiyim üçün belə şeyləri ortaya atıb xırdalıqlara gertmirəm.
Ən dəhşətlisi budur ki, mənə fəxri ad verilməsinə maneçilik törədən şəxslər vəzifədən çıxandan sonra çox adam dedi ki, onun haqqında danış, amma mən bunu etmədim. Onlardan biri elə Fatma Abdullazdədir ki, o xanım demişdi ki, bütün Azərbaycana fəxri ad verəcəm, amma Baloğlandan başqa. Mənə Əməkdar artist fəxri adını da cənab prezident İlham Əliyev verib. Allah İ.Əliyevin canın sağ eləsin. Bu günə kimi öz abrıma qısılıb susdum, amma Mədəniyyət Nazirliyindəkilər utanmadılar”/Moderator.az
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb