YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu
GÜNDƏM
17.09.2026, 00:03
Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində avqust ayından başlayan və ötən həftə başa çatan yoxlamanın nəticələri üzrə artıq sərt tədbirlər başlayıb.
Bu barədə Mia.az-a verilən məlumata görə, yoxlama zamanı aşkarlanan nöqsanlardan sonra Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Etibar Nəbiyev dünən vəzifəsindən azad edilib.
Bu barədə saytımıza daxil olan məlumata görə, E.Nəbiyevin barəsində əmri Regional Su Meliorasiya Xidmətinin İdarə heyətinin sədri Zakir Quliyev imzalayıb.
Əmrdə idarədə aparılan yoxlamalardakı nöqsanlardan söz açılmayıb, lakin E.Nəbiyevin öz xoşuyla yazdığı ərizəsi əsas götürülüb: "Xidmət rəhbəri Zakir Quliyevin 16 sentyabr tarixli əmrilə Etibar Eldar oğlu Nəbiyevlə 14 mart 2023-cü ildə bağlanmış 604 saylı müqaviləyə xitam verilib. Əmrin 2-ci bəndinə əsasən, Etibar Nəbiyevə istifadə etmədiyi 63 günlük məzuniyyət pulunun ödənilməsi də nəzərdə tutulub".
Zakir Qulyev həmin əmrin 3-cü bəndiylə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis vəzifəsinin icrasını müvəqqəti olaraq öz müşaviri Orxan Mahmud oğlu Mahmudova həvalə edib.
Məlumatda deyilir ki, vəzifədən azadedilmə təkcə Etibar Nəbiyevə şamil olunmayıb: "Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Abonent xidmətləri şöbəsinin rəisi Səbuhi Mustafayev, rəis müavini İlhamə xanım da vəzifələrindən çıxarılıblar. İdarənin digər vəzifəli şəxsləri isə həyəcanla onlar haqqında hansı qərarın veriləcəyini gözləyirlər".
Xatırladaq ki, Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki yoxlama xəbərini ilk olaraq mia.az yaymışdı. Həmin məlumatda yoxlama zamanı 35kodu (ünvanı naməlum) llə fakturalama aparılan ünvanlardakı abonent kodlarının başqa adamlara verilməsi kimi qanunsuzluq və digər nöqsanların üzə çıxarıldığını yazmışdıq. Qeyd etmişdik ki, bu yoxlamadan sonra Etibar Nəbiyevin vəzifədə saxlanılması çətin olacaq. Göründüyü kimi, bu məlumatımız da zamanla öz təsdiqini tapdı.
P.S. Son məlumata görə, Abonent xidmətləri şöbəsinin rəisi Səbuhi Mustafayev barədə vəzifədən azad olunma qərarı uzun çəkməyib, o, artıq vəzifəsinə bərpa olunub.
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Roşka" ləqəbli tiktokerə hökm oxunub
Bugün, 10:09 KRİMİNAL
-
Prokurorluğun iki əməkdaşı hakim təyin edilib
Bugün, 10:00 CƏMİYYƏT
-
Azərbaycan nefti 131 dollara qalxdı
Bugün, 09:25 İQTİSADİYYAT
-
"44" bədii filmi ictimaiyyətə təqdim olunub
Bugün, 09:07 MƏDƏNİYYƏT
-
İspaniya Türkiyədən daha 15 HÜRJET alır
Bugün, 09:00 DÜNYA
-
NATO-nun AVROPA ÜZRƏ KOMANDANI "QƏLƏBƏ PLANI"NI AÇIQLADI, TƏHDİD SƏSLƏNDİRDİ: "Hər şeyi yox edəcəyik"
Bugün, 00:27 GÜNDƏM
-
Husilər Səudiyyə Ərəbistanıda 3 bölgəni vurub
Bugün, 00:19 DÜNYA
-
İranın Londondakı səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
Bugün, 00:05 DÜNYA
-
"Qalatasaray" "Barselona" ilə matça itkiylə çıxacaq - 6 futbolçu zədəlidir
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Lamine Yamal İstanbulda: "Ey İstanbul, gəldik..." - FOTO
12.10.2026, 23:08 İDMAN
-
İndoneziyada vulkan 900 metr yüksəkliyə püskürüb
12.10.2026, 21:32 DÜNYA
-
BŞTİ: Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır
12.10.2026, 21:21 CƏMİYYƏT
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi
12.10.2026, 20:27 GÜNDƏM
-
Media və Yayım Şurası bəyanat yaydı: "Trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan..."
12.10.2026, 19:21 SİYASƏT
-
AAYDA-nın sədri və müavini yeni vəzifəyə gətirildi
12.10.2026, 19:07 İDMAN
-
Məşhur aktyordan Hülya Avşara replika: "Yeriyə bilmir..." + FOTO
12.10.2026, 18:57 ŞOU-BİZNES
-
Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyada hücum etdi, Trampdan xəbərdarlıq gecikmədi: "Hücuma qatıla bilərik"
12.10.2026, 18:55 DÜNYA
-
Türkiyədə bir kənddə qətliam: bir nəfər 4 nəfəri güllələdi (Yenilənib)
12.10.2026, 18:46 KRİMİNAL
-
NATO ölkəsi Rusiya ilə sərhədə qoşun yığır - Müharibə təhlükəsi var?
12.10.2026, 18:18 GÜNDƏM
-
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12.10.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan və İran DİN başçıları görüşüb - Müzakirə + FOTO
12.10.2026, 17:46 SİYASƏT
-
DSMF-dəki vəzifəsini xəstəxanaya dəyişdi - TƏBİB sədri Sənan Qəmbərli barədə əmr imzaladı
12.10.2026, 17:40 CƏMİYYƏT
-
Anar Hacıyev vəzifədən azad edilib
12.10.2026, 17:24 PRESS
-
TƏBİB-də daha bir dəyişiklik - Departament rəhbəri təyinatı oldu
12.10.2026, 17:08 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
12.10.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.10.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kriminal dəstələrə qarşı əməliyyatlar keçirildi - 175 nəfər həbs edildi
12.10.2026, 16:52 KRİMİNAL
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
12.10.2026, 16:47 GÜNDƏM
-
Yeni hakimlər Ali Məhkəmədə and içdi - FOTOLAR
12.10.2026, 16:16 CƏMİYYƏT
-
Rusiya və Ukrayna arasında enerji atəşkəsi... - Son razılaşma nə vəd edir? (TƏHLİL)
12.10.2026, 16:01 DÜNYA
-
Paşinyan: "Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz"
12.10.2026, 16:01 SİYASƏT
-
NAXÇIVAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ POSTUNA ŞOK TƏYİNAT - Rəhbər vəzifəsi kimə tapşırıldı? (FOTOLAR)
12.10.2026, 15:43 SİYASƏT
-
Prezident İlham Əliyev yeni qanunları imzalayıb
12.10.2026, 15:31 GÜNDƏM