Heydər Əliyev və Bakı şəhər telefon rabitəsi...

img

10-05-2020 [22:23]


Xankişi Kİşiyev,

Əməkdar Mühəndis

***

XX əsrin 60-cı illərin sonunda Azərbaycan sosial-iqtisadi və sənayenin inkişafda İttifaq respublikaları arasında axırıncı yerlərd olmaqla çox geridə qalırdı. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə iqtisadiyyatının bütün sahələrində bu mənzərə sürətlə dəyişməyə başladı.

Sovetlər dönəmində H.Əliyevin Respublikaya rəhbərlik illərində Bakının telefon rabitəsi şəbəkəsinin inkişafına əvvəlki bütün illərdə olduğundan iki dəfə çox vəsait qoyulmuşdur. Bakı şəhərində telefon şəbəkəsi beş rəqəmli nömrələmə sistemindən altı rəqəmli nömrələməyə keçərək şəhərdə telefon şəbəkəsinin inkişafı üçün zəruri infrastruktura (Telefon stansiyaları üçün binalar, yeraltı telefon kanalizasiya qurğuları və s.) və kadr potensialı hazırlanmışdır.

80 –cı illərin sonunda ölkədəki mövcud reallıqlar, hakimiyyət böhranı, genişlənməkdə olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın strateji mövqelərinin əldən getməsi, bunların yaratdığı xaos və anarxiya yenicə müstəqilliyini əldə etmiş respublikamızın mövcudluğunu beə sual altında qoyurdu.

Ölkənin siyasi, iqtisadi və geostrateji baxımdan iflasa uğramağa başladığı çox ağır bir məqamda xalq və ziyalılar SSRİ dövründə dünyayada tanına görkəmli siyasi xadim Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Tarix çox qısa bir zamanda göstərdi ki, ziyalıların və Azərbaycan xalqının bu dəvəti yeganə doğru seçim idi.

Azərbaycanın siyasi-iqtisadi məkanında hansı proseslərin getdiyini, bu zəngin neft ölkəsinin ətrafında hansı siyasi çoxgedişli kombinasiyaların qurulduğunu bütün incəlikləri ilə görən böyük siyasət adamı eyni zamanda, müstəqilliyə yeni qovuşmuş respublikanın bir deyil, bir neçə keçid dövrü yaşayacağını da aydın bilirdi: diktaturadan demokratiyaya, imperiya köləliyindən milli müstəqil dövlətçiliyə və ən əsası iqtisadi iflasdan sənayenin bərpası ilə inkişafa keçid.
Bu ağır və eyni zamanda, ölkə üçün həyatı vacib işlərin görülməsinə mane olan, onları əngəlləyən xarici və daxili qüvələrin yaratdıqları problemlər isə olduqca çox idi.

Görkəmli dövlət və təcrübəli siyasi xadim Heydər Əliyevin uzaqgörənliyinin və şəxsi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin, o cümlədən də xüsusi ilə rabitə infrastrukturunun sürətli inkişafına güclü təkan verdi.

Ulu öndər Heydər Əliyev həmişə ölkəmizdə xüsusi ilə paytaxtda rabitənin də inkişafına diqqət və qayğı göstərirdi, rabitə və informasiya - kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi

Heydər Əliyev Telekommunikasiyanın Respublikamız üçün əhəmiyyətini vurğulayaraq deyirdi: "Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir.

Bakı telefon rabitə sisteminin zəngin inkişaf tarixi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1969-1982 və 1993-cü ildən 2003-cü ilə qədər olan inkişaf dövrü əsasən iki mərhələdən ibarətdir. Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda, digər sosial-iqtisadi sahələr kimi paytaxt Bakının telefon rabitəsi, keçmiş SSRİ respublikalarının nəinki paytaxt, hətta bir çox böyük şəhərləri ilə müqayisədə belə çox geri qalırdı. Bakı keçmiş ittifaqın beşinci böyük şəhəri olsa belə, şəhərin telefon şəbəkəsi dövrünə görə köhnə texnologiyalar əsasında qurulmuşdu, Təsnifatına görə kiçik tutumlu və telefon nömrələnmə sistemi, o dövrlərdə rayon mərkəzlərində olduğu kimi, beş rəqəmli idi. Hər yüz nəfərə düşən telefon sayına görə on beş ittifaq respublikasının paytaxt şəhərləri arasında Bakı on dördüncü yeri tuturdu. Belə bir acınacaqlı vəziyyət, əlbəttə, Heydər Əliyev kimi ölkəsini, xalqını sevən müdrik rəhbəri narahat etməyə bilməzdi.

Respublikanın ictimai, siyasi və iqtisadi inkişafında telefon rabitəsinin mühüm əhəmiyyət daşıdığını çox yaxşı bilən Heydər Əliyev, respublikada, eləcə də, Bakıda bu sahədə mövcud olan acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün 1970-ci il iyun ayının 24-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunda "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələni müzakirəyə çıxardı və buradaca bu vacib məsələ haqqında xüsusi qərar qəbul etdi. Bundan sonra respublikanın hər yerində, o cümlədən Bakı şəhərində rabitə qurğularının və avtomat telefon stansiyaların tikintisi üçün əlverişli şərait yarandı. Dahi rəhbərin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində cəmi bir il ərzində Bakının telefon rabitə sisteminin orta tutumlu şəbəkə səviyyəsinə yüksəltmək üçün altı rəqəmli nömrələnmə sistemi tətbiq edilərək, şəbəkədə yeni-yeni telefon stansiyalarının tikintisinə imkan yarandı.

Bakı şəhərində telefon şəbəkəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxlayan Heydər Əliyevin göstərişi ilə Mərkəzi Komitə və Nazirlər Soveti 1974-cü il avqust ayının 30-da "Bakı şəhərində telefon rabitəsinin vəziyyəti və onu sürətlə inkişaf etdirmək tədbirləri haqqında” yeni bir qərar qəbul edir. Bu tarixi qərarla ümumi tutumu yüz altmış dörd min dörd yüz nömrəyə çatan və o dövr üçün tam müasir olan onlarla avtomat telefon stansiyasının tikilməsinə başlanır. Bununla da Bakıda telefon rabitəsinin böyük sürətlə inkişaf mərhələsinin başlanğıcı qoyulur.

Xankişi Kişiyevin sözlərinə görə, təbii ki, şəhər telefon şəbəkəsini genişləndirmək və etibarlı rabitə sistemi yaratmaq üçün əvvəlcə dövrün tələblərinə uyğun infrastruktur və milli kadr bazası yaradılmalı idi Hər şeydən əvvəl, tikiləcək bütün ATS binaları üçün torpaq sahəsi ayrılmalı, binalar və ATS-lər layihələndirilməli, həmin layihələr SSRİ Plan Komitəsində təsdiq olunmalı, Moskvadan telefon stansiyaları üçün avadanlıq ayrılmalı idi.

Aydın idi ki, respublikamızda, o cümlədən Bakı şəhərində belə irimiqyaslı layihələrin həyata keçirilməsi məhz Heydər Əliyevin SSRİ mərkəzi dairələrində böyük nüfuzu sayəsində mümkün olurdu. Bu layihələrdə binaların tikinti xərcləri şəhər sovetinin vəsaiti hesabına, yeraltı telefon kommunikasiyalarının tikintisi, torpağın qazılması və daşınma işlərinin əksəriyyəti şəhər və rayon ictimaiyyətinin qüvvəsi ilə təmənnasız aparılırdı. Orta hesabla ay ərzində 20-30 kilometr xəndək qazılır, telefon kanalizasiya qurğuları tikilirdi. Bakı şəhər İcraiyyə Komitəsinin rəhbərliyi ilə bütün idarə və müəssisələr səfərbər edilmiş, Rabitə Nazirliyində, Bakı Telefon Rabitəsi Şəbəkəsində, şəhər partiya və icraiyyə komitələrində qərargahlar yaradılmışdı.

İşin gedişi və nəticələr ayda 1-2 dəfə Mərkəzi Komitənin aparıcı şöbələrində və Bakı şəhər Partiya Komitəsində müzakirə olunuraq, verilən tapşırıqların yerinə yetirilməsi haqqında hər rayona ciddi işlər aparılmışdı. Etiraf etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-ci illərində tikilmiş xüsusi binalar və yeraltı telefon-kanalizasiya xətləri infrastrukturu bazası üzərində Telekommunikasiya şəbəkələri genişlənir və müasirləşdirilib. Hal hazırdada bu infrastrukturdan geniş istifadə edilir.

H.Əliyev iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə sahəsində rəhbər kadrların və çalışanların də əsasən peşəkar milli mütəxəsislərin olması üçün uzaq görən siyasət yeridirdi. Hələ Sovetlər birlriyi dövründə hakimiyyətinin ilk mərhələsində Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş Sovetlər Birliyinin nüfuzlu ali məktəblərinə göndərməsi də, Azərbaycanın parlaq və müstəqil gələcəyinə hesablanmış addımlarından biri idi. Azərbaycan Dövlət Politexnik İnstitutuna tələbə qəbulu zamanı Rabitə Nazirliyinin təklifləri belə nəzərə alınırdı. Beləliklə, 1980-ci ilə qədər rabitə sahəsində kifayət qədər milli kadr ehtiyatı yaranmışdı. Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra ilk illərdə erməni və diğər millətlərdən olan rabitəçi mütəxəsislərin ölkədən kütləvi miqrasiyası məhz bu vaxtında hazırlanmış kadrlar sayəsində, ölkəmizin və Bakı şəhər rabitə şəbəkələrinin normal işi və müasir texnologiyalar əsasında yenidən qurulmasının həyata keçirilməsində heç bir ciddi problem yaşanmadı.

Müstəqilliyimizin ilk illərində Heydər Əliyev özünün bütün xarici səfərlərində, xarici şirkətlərin rəhbərləri ilə görüşlərində aparıcı şirkətləri Azərbaycan iqtisadiyyatına, o cümlədən rabitə sektoruna sərmayə qoymağa təşviq edirdi.

Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Londona rəsmi səfəri çərçivəsində bir sıra sənədlərlə yanaşı, İngiltərənin Baş naziri ilə Azərbaycanda Telekommunikasiya sektorunda Avropa standartları səviyyəsində xidmətləri təşkil etmək üçün “Azərbaycan- İngiltərə birgə müəssisə” yaratmaqla İngiltərə telekommunikasiya texnologiyalarının ölkəmizdə tətbiqi üçün saziş imzalamışdı Bu saziş əsasında İngiltərənin Bş nazirinin tövsiyyəsi ilə Böyük Britaniyanın "Ci-Pi-Ti” telekommunikasiya şirkəti Bakıda “Sistem-X” texnologiyasının tətbiqi üçün Azərbaycan tərəfinə kontrakt lahiyəsi və təkliflərini təqdim etmişdir. Bu kontrakt qısa vaxtda "AzEvroTel” Birgə Müəssisəsi yaradılaraq, ingiltərənin Ci-Pi-Ti şirkətinin o dövr üçün ən müasir olan rəqəmli “Sitem-X” ingiltərə texnologiyası əsasında 92 sayli ATS-in bazasında Ali Hakimiyyət orqanları, əhali, idarə, təşkilat Azəbaycan Beynəlxalq Neft Əməliyyat şirkətinə (Əsasən Bp) xidmət göstərən 92/97 indeksli yeni rəqəmli elektron avtomat telefon stansiyası qurularaq istifadəyə verilməsini nəzərdə tuturdu. Amma bu lahiyənin həyata keçirilməsində İngiltərə tərəfi öz iqtisadi və siyasi maraqları naminə həmin stansiyanı ingiltərəyə məxsus "44” beynəlxalq kodu ilə İngiltərə Beynəlxalq telefon Stansiyasına qoşmaq istəyirdi. Onda Azərbaycanın paytaxtı Bakı şəhərin əsas telefon şəbəkəsi İngiltərənin bir əyalətinə çevrilirdi. Azərbaycan rabitəsinin müstəqilliyi pozulurdu.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) yeni texnologiyaların tətbiqi üzrə rəisin birinci müavini və Texniki Şuranın sədri kimi, İngiltərə tərəfinin bu təklifinə texniki şuranın qərarı ilə yekdiliklə qəti etirazımızı bildirərək o dövrdə rabitənin incəliklərinə kimi bələd olan peşəkar rabitəçi hörmətli nazirimiz Siruz Abbasbəyliyə yazılı məlumat verdim. Siruz müəllim də bu şəkildə lahiyənin həyata keçməsinə olan münasibətimizi tam bəyəndiyini bildirdi. Amma bu lahiyə biləvasitə Ulu Öndər H.Əliyyevin nəzarətində olduğundan onun gecikməsi mümkün deyidi. Ona görə bu məsələni Ulu Öndər şəxsən özünün rəhbərliyi ilə yanında müzakirəyə çıxartdı.

Müzakirədə İngiltərə tərəfindən ingiltərənin Azərbaycandakı səfiri, Ci-Pi-Ti şirkətinin Prezidenti, Ci-Pi-Ti şirkətinin Azərbaycan nümayəndəsi Azərbaycan tərəfindən isə Baş nazir Fuad Quliyev, İqtisadiyyat üzrə müşavir Vahid Axundov, Azərbaycanın İngiltərədəki səfiri Mahmud Məmməd-Quliyev, Rabitə naziri Siruz Abbasbəyli, BTRİB-in rəisi Nuru Əhmədov və BTRİB-in rəisinin birinci müavini - BTRİB-də Texniki Şuranın sədri kimi, mən iştirak edirdim.

Müzakirənin ictimaiyyətə açıq hissəsi jurnalistlərin iştirakı ilə müəyyən qədər mülaYim keçdi. Qapalı hissəsi isə olduqca sərt keçdi. Sabiq rabitə naziri Siruz Abbasbəyli ətraflı məlumat verdi, Ulu Öndər hər birimizi dinlədi. Ona operativ məlumatlar vermədiklərinə görə bəzi rəhbər işçiləri sərt tənqid etdi. İngiltərə şirkətinin birtərəfli mövqeyinə görə İngiltərə səfirindən İngiltərə Baş nazirinə məlumat verməyini tövsiyə şəklində tələb etdi. Bir həftədən sonra səxsən tapşırıqları verərək, məni İngiltərəyə ezam olunmağıma göstəriş verdi.

Beləliklə, Ulu Öndər H.Əliyvin tapşırığı ilə Azərbaycan tərəfinin iqtisadi, siyasi və texniki maraqlarını nəzərə alaraq, kontrakt hazırladıq və ondan sonra bu lahiyə uğurla həyata keçdi.

92/97 saylı telefon stansiyası beynəlxalq şəbəkəyə Azərbaycana məxsus " 994” telefon kodu ilə qoşuldu. "AzEvroTel” BM-in təntənəli açılış mərasimində Heydər Əliyev yeni ATS-in əhəmiyyətini yüksək qiymətləndirərək rabitənin mühüm sahə olduğunu bir daha diqqətə çatdırdı: "Bu çox mühüm sahədir, çünki müasir dünyada, xüsusən hər bir müstəqil dövlətin dünya şirkətlərini, firmalarını əməkdaşlığa cəlb etməsi və bu işlərin səmərəli aparılması üçün rabitə çox böyük rol oynayır. Rabitənin də müasir səviyyədə olması, günün tələblərinə cavab verməsi, bütün işlərin gedişində sürətləndirici rol oynaması indi artıq reallıqdır”.

1994-cü ilin fevralında Heydər Əliyev qardaş Türkiyə Respublikasına səfərin zamanı Türkiyə telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanmış, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən "NETAŞ” şirkətində olmuş və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında iş birliyi qurmasını tövsiyə etdi. Nəticədə, Türkiyənin "NETAŞ” və "TELETAŞ” şirkətləri ilə geniş əməkdaşlıq əlaqələri başladı və Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görüldü. 1993 -2003-cü illər Bakı şəhərində və Bakı ətrafı qəsəbələrdə 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verildi.

Bununla da Bakının bütün kənd və qəsəbələri telefonlaşdırıldı. 2002-ci ildə isə arzu olunan həddə gəlib çatdıq – paytaxda telefon növbəliliyi ləğv edildi. 1993-2003 -cü illərdə ölkəmizin müstəqil rabitəsi yenidən quruldu. 1992-1997-ci illərdə TV teleqüllə, İlk beynəlxalq telekommunikasiya mərkəzi, "Azərcell" MMC, "Bakcell" MMC, "Ultel" MMC, "Catel" MMC, "Azevrotel" MMC və bir sıra başqa rabitə müəssələri məhz H.Əliyevin biləvasitə tapşırıqları və tövsiyyələri əsasında yarandı...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR