Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, xəsarət alanlar var

img

30-04-2020 [16:57]


Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-xəbər verir ki, hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb. "Mercedes" markalı avtomobil marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR