Şimali Koreya lideri ilə bağlı bir-birindən fərqli xəbərlər yayılır: "Hələ ölməyibsə, mən bundan şok olaram"

img

27-04-2020 [13:38]


Xəbər verdiyimiz kimi, Şimali Koreya diktatoru Kim Çen Inın öldüyü, yaxud beyin ölümü keçirdiyi barədə spekulyasiyaların davam etdiyi bir vaxtda Cənubi Koreya rəsmiləri onun “sağ-salamat olduğunu” bildirir.

Cənubi Koreya prezidentinin müşaviri Mun Çjon İn Kim Çen Inın öldüyü, yaxud beyin ölümü keçirdiyi barədə KİV-lərin yaydıqları xəbərləri təkzib edib.

ABŞ-ın  Fox News kanalına müsahibəsində cənubi koreyalı məmur bildirib ki, Şimali Koreya lideri “sağ salamatdır və özünü yaxşı hiss edir”. Mun Çjon İn onun aprelin 13-dən etibarən kurort şəhəri Vonasanda olduğunu, heç bir şübhəli yerdəyişmənin qeydə alınmadığını bildirib.

Cənui Koreya kəşfiyytı da Şimali Koreyada hazırda qeyri-adi heç nə qeydə almayıb.

“Reuters” bildirir ki, bu haqda Seulda keçirilən qapalı forumda Cənubi Koreyanın birləşmə naziri Kim Yon Çxol bildirib.

“Hökumət şimalda qeyri-adi heç nəyin baş vermədiyini əminliklə təsdiqləmək üçün kəşfiyyat resurslarına malikdir”,-nazir deyib.

Bu arada Şimali Koreya liderinin sağlamlığı ilə bağlı xəbərlərin yayıldığı bir vaxt peyklərdən Kim Con Unun qatarının onun ölkənin şərqində kurort şəhərindəki iqamətgahı yaxınlığında olduğu görüntülər çəkilib. Şimali Koreya ilə bağlı tədqiqatlara dair 38 Şimal (38-ci paraleldən şimalda) saytı peyk görüntülərini aprelin 21-i və 23-ü açıqlayıb. Fotolarda Kim ailəsinə məxsus Vonsan stansiyasında dayandığı göstərilir.

Lakin veb saytda bildirilir ki, qatarın mövcudluğu “Şimali Koreya liderinin harada olduğunu sübut etmir, ya da onun səhhəti ilə bağlı heç bir şey söyləmir”.

ABŞ Senatının üzvü Lindsi Qrehem isə bildirib ki, Kim Çen Inın öldüyünə dair günlərdir xəbərlərin yayıldığı bir vaxtda Şimali Koreyada hökm sürən səssizlik onu təəcübləndirir. “Ora qapalı ölkədir. Kim in ölümü barədə birbaşa heç bir məlumatım yoxdur. Amma hələ ölməyibsə və ya iş görə bilməz halda deyilsə, mən bundan şok olaram. Çünki ölkədən çox təriqət olan Şimali Koreya kimi bir ölkədə bu cür dedi-qoduların durmadan yayılmasına və sualların cavabsız qalmasına icazə verlməz”,-senator bildirib.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR