İqtisadiyyat Nazirliyi yardımlarla bağlı açıqlama yaydı: nə qədər vergi ödəyicisi pul üçün müraciət edib?
14-04-2020 [13:55]
Azərbaycan Prezidentinin bu il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər planına əsasən, aprelin 14-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, ümumilikdə 27 416 vergi ödəyicisi müraciət edib.
İqtisadiyyat Nazirliyindən Mia.az-a verilın məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10 914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 068 işçini əhatə edən 8 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.
Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 636 vergi ödəyicisinə 24 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16 502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln manat vəsaitin 3 041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Qeyd edək ki, müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Xatırladaq ki, maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.
M uzdlu işçilərə əmək haqqının m üəyyən hissəsinin ödənilmə si üzrə hesabat (14.04.2020 il tarixinə) | |
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 215,0 milyon manat |
Müraciət etmiş vergi ödəyicilərinin sayıVergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 10.914 vergi ödəyicisi124.510 nəfər |
Maliyyə dəstəyinin məbləğio cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) | 33.780,4 min manat16.890 , 2 min manat |
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 2.636 vergi ödəyicisi |
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 24.463 nəfər |
Ödənilmiş vəsaitin məbləği | 5.317,7 min manat |
F ərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat(14.04.2020 il tarixinə) | |
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 80 ,0 milyon manat |
Müraciət etmiş vergi ödəyicilərinin sayı | 16.502vergi ödəyicisi |
Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayıMaliyyə dəstəyinin məbləği | 15 . 689 vergi ödəyicisi15483 , 7 min manat |
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 3.041 vergi ödəyicisi |
Ödənilmiş vəsaitin məbləği | 3.530,9 min manat |
Mikayıl Cabbarov: "Fədakar əməyiniz üçün təşəkkür edir və..."
Gürcüstanda etiraz aksiyasının təşkilatçıları saxlanılıb
Bakıda qardaş iki bacısını bıçaqlayıb
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xalq artisti Rasim Balayevin nəvəsinin toyundan - VİDEO
Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)
Tramp HƏMAS-ı növbəti dəfə hədələyib: "Cəld ol, yoxsa..."
"Qarabağ" "Kəpəz"i məğlub etdi
Xəzər dənizində suyun səviyyəsinin düşməsində Rusiya izi... - TƏHLİL
Milli komandaya baş məşqçi təyinatı olub
Millimiz Rusiyaya məğlub olub
"Onlar demədi ki, məmurlardan kiminsə qapısını döyüm" - Sabiq nazir övladlarından danışdı (VİDEO)
"Bu suallara cavab vermək istəmirəm" - Cabir İmanovun atası və dostundan iddialara maraqlı reaksiya
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
Oqtay Şirəliyevlə vida mərasimi... - Baş nazir və nazirlər mərasimdə + FOTOLAR (Yenilənib)
Ukraynada dron hücumunda azərbaycanlı həlak olub
Nəsimi rayoununda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Azərbaycanı millisi bürünc medal qazanıb
İrandan dəniz yolu ilə ölkəmizə 510 kiloqram keçirməyə cəhd olunub
"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev iki bankın idarə edilməsi barədə fərman imzaladı - DƏYİŞİKLİK
Sabah hava necə olaacq? - Proqnoz
Prezident onların maaşını artırdı - Sərəncam
BU TƏLƏBƏLƏRƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Sərəncam
Polkovnik Fuad Qasımov vəzifədən çıxarılıb
HƏMAS GERİ ÇƏKİLDİ, İSRAİL QƏZZADA SAVAŞI DAYANDIRDI: "İşğal planını saxladıq, bundan sonra..."
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir
Kür çayında bir nəfər boğulub
Alim Qasımov Kanadada konsert verib
DİN: "Bakıda qəzada üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır"
Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"
"Neftçi" "Zirə" ilə heç-heçəyə razılaşıb
TRAMP ONLARA VAXT QOYDU: "İndiyə qədər görülməmiş qiyamət qopacaq"
"Bakcell" "İnnovasiyalar və süni intellekt" konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
General-mayor Baba Salayevə birinci müavin təyin edilib
Dövlət Agentliyində traybalizm: qudaların eyni qurumda başqa vəzifələri də varmış (FOTO)
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib
Qəzzada aclıq: ölənlərin sayı 457-yə yüksəldi