Vışeqrad dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib - Nələr var?
09-04-2020 [15:57]
Vışeqrad Qrupu (V4) ölkələrinin Xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə video-konfransı keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Vışeqrad Qrupuna sədrlik edən Çex Respublikası tərəfindən təşkil olunan bu video-konfrans V4 ölkələrinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə öncədən planlaşdırılan, lakin COVİD19 pandemiyasına görə ləğv olunan görüşünü əvəz edib.
Video-konfrans nəticəsində Vışeqrad dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib.
Bəyannamədə ŞT-nın Aİ-nin xarici fəaliyyətində yüksək prioritet təşkil etməsi və strateji əhəmiyyətini qoruyub saxlamasının vacibliyi qeyd edilir, burada Aİ-nin Şərq tərəfdaşlarına münasibətdə siyasəti ilə bağlı müddəalara yer ayrılaraq, bu siyasətin ŞT-nın əsasını və bölüşülən dəyərləri əks etdirməsi, habelə onun inklüziv olması və tərəfdaş ölkələrin seçiminin dəstəklənməsi və bu ölkələrin istək və öhdəliklərinə uyğun olaraq fərqləndirilməsinin önəmi qeyd olunur.
Bəyannamədə Vışeqrad dördlüyünün bütün tərəfdaş ölkələrinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyi ifadə olunur. Habelə, Şərq Tərəfdaşlığı ölkələri ərzisindəki həll olunmamış münaqişələrin BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin vacibliyi vurğulanır.
Xatırlatmaq istərdik ki, Helsinki Yekun Aktında əks olunan 10 prinsip arasında yer alan “xalqların bərabər hüquqları və öz müqəddəratı” prinsipi bu şəkildə ifadə olunur: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.
V4 ölkələri Şərq Tərəfdaşlığının 2020-ci ildən sonra da inkişafını və dəstəklənməsini davam etdirəcəklərini bəyan ediblər.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür