"Bu gün ölkədə qırmızı zona elan edilən xüsusi zona yoxdur” - Hökumət və TƏBİB-dən virusla bağlı mühüm məlumat

img

08-04-2020 [18:46]


“Böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir: “Ona görə də böyük şəhərlərdə olan insanın üzərinə daha ciddi məsuliyyət düşür”.

TƏBİB sədri vurğulayıb ki, insanlar növbəlilik mədəniyyətini formalaşdırmalıdır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov əlavə edib ki, elə bir region yoxdur ki, onu xüsusi qeyd edək: “Bakı bir az fərqlidir, çünki paytaxtda yaşayanların sayı çoxluq təşkil edir. Bəzən dezinformasiya yayılır ki, hansısa bölgədə yoluxma sayı çoxdur. Belə informasiyalara inanılmasın. Bu gün ölkədə qırmızı zona elan edilən xüsusi zona yoxdur”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR