Gürcüstanla Azərbaycan arasında yük daşımaları davam etdirilir

img

07-04-2020 [17:12]


Gürcüstan-Azərbaycan sərhədindəki bütün gömrük-keçid məntəqələrindən yük avtomobillərinin hərəkəti 24 saat ərzində həyata keçirilir.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu daşımalara tranzit və dəmir yolu daşımaları da aiddir.

Nəqliyyat vasitələrinin hərəkəti zamanı xüsusi protokolun tələblərinə riayət olunur.

Xidmətdən bildirilib ki, iki ölkə arasındakı bütün sərhəd-keçid məntəqələri həm Gürcüstan, həm əcnəbi vətəndaşlar, həm də minik maşınlarının hərəkəti üçün tam bağlanıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA