Çeferin: "Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər"

img

06-04-2020 [22:50]


"Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ən gec avqustun 3-də başa çatmalıdır. ÇL-in finalı da bu tarixdə ola bilər".

Bunu UEFA prezidenti Aleksander Çeferin Sloveniya mətbuatına açıqlamasında avrokubokların bərpası ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası nə qədər tez başa çatarsa, matçlar da bir o qədər tez başlaya bilər.

A.Çeferin ÇL və AL-in yerdə qalan oyunlarının yeni formatda davam etdirilə biləcəyini də istisna etməyib: "Avrokubok qarşılaşmalarını neytral stadionlarda və 1 oyundan ibarət sistemlə də keçirmək olar. Hələlik "8-lər finalı" və "4-lər finalı" kimi ehtimallar da var".

Qitə futbol qurumunun rəhbəri avrokubok matçlarının may, iyun və ya iyul ayında başlaya biləcəyini vurğulayıb: "Amma turnirlər bərpa olunmaya da bilər. Səlahiyyətli qurumlar icazə verməsələr, oyunlar olmayacaq. Hər şey ölkələrin verəcəyi qərarlardan asılıdır"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA