Çempionlar Liqasının qalibi müəyyənləşdi

img

06-04-2020 [20:11]


Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan UEFA Çempionlar Liqası (ÇL) 1/16 final mərhələsindən etibarən "Football Manager" oyununda keçirilib.

"Report"un məlumatına görə, qitənin bir nömrəli klub turnirində 2019-2020 mövsümü simulyasiya rejimində tamamlanıb.

Finalda Almaniya "Bavariya"sını 2:1 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" klubu ÇL-in qalibi olub.

Qeyd edək ki, UEFA martın 13-də Çempionlar Liqası və Avropa Liqasını dayandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA