Türkiyə koronavirusa qarşı dərmanı heyvanlar üzərində sınadı - Yaxın günlərdə yoluxanların üzərində tətbiq olunacaq

img

06-04-2020 [14:41]


Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndi müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemi yaradıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacaq.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara sosial media hesabında bildirib. O, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmaların aparılacağını deyib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, Türkiyə də mütəxəssislər xəstəliyə qarşı dərman və peyvəndin hazırlanması istiqamətində səfərbər olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR