Çempionlar Liqasının finalı üçün yeni tarix təklif olundu

img

03-04-2020 [15:43]


UEFA Çempionlar Liqasının finalı iyulun sonu və ya avqustun əvvəlində keçirilə bilər.

Bu barədə "A Spor"a açıqlamasında Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı deyib.

Onun sözlərinə görə, İstanbuldakı həlledici qarşılaşma ilə bağlı bu gün UEFA rəhbərliyi ilə videokonfrans keçiriləcək.

Qeyd edək ki, UEFA 2 gün əvvəl avrokubok oyunlarının qeyri-müəyyən müddətədək təxirə salındığını açıqlayıb/report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA