Marneulidə əhali koronavirusun geniş yayılması ilə üzləşməyəcək” - İcra başçısı

img

01-04-2020 [15:35]


“Marneulidə tibbi yoxlamadan keçirilənlərin sayı 95 min nəfərə çatıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.

Onun sözlərinə görə, 45 nəfərdə yüksək hərarət qeydə alınıb: “On nəfər şübhəli simptomlarla tibbi nəzarətə götürülüb və onların heç birində koronavirus təsdiqlənməyib”.

Z.Darğallı qeyd edib ki, ötən gün koronavirus diaqnozu qoyulan Marneuli sakininin təmasda olduğu bütün şəxslər müəyyən edilib: “Onların sayı çox deyil və hamısı özünütəcriddədir”.

Tibbi yoxlamanın yaxın günlərdə başa çatacağını vurğulayan rayon rəhbəri Marneulidə təkrar müayinənin keçiriləcəyini bildirib: “Marneulidə bugünkü vəziyyət ümidvericidir və əhali koronavirusun geniş yayılması ilə üzləşməyəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA