İranda yeni doğulan körpədə koronavirus aşkarlandı

img

31-03-2020 [14:36]


İranın Məşhəd şəhərində yenicə doğulmuş körpəyə COVID-19 diaqnozu qoyulub.

“Mehr” agentliyi xəbər verir ki, bu barədə Məşhəd Tibb Elmləri Universitetinin əməkdaşı, həkim Əhməd Şah Fərhad açıqlama verib.

“Koronavirusa yoluxmaqda şübhəli bilinən bir ananın dünyaya gətirdiyi körpənin testi pozitivi çıxıb. Körpə 900 qram çəkidə doğulub. Uşaq ilk 24 saatda nəfəs çatışmazlığından əziyyət çəksə də, hazırda xüsusi dəstək olmadan nəfəs ala bilir”, - o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR