Jurnalist Anar Niftəliyev prokurorluqda dindirilib

img

26-09-2013 [13:04]


Tənqidçi Elnarə Tofiqqızını əməliyyata hazırlayan həkim heyəti və "Medi Sina" klinikasının baş həkiminin izahatlarından sonra dünən onun həyat yoldaşı, jurnalist Anar Niftəliyev və mərhumun atası Tofiq İmamquliyevin Nəsimi rayon prokurorluğunda izahatları alınıb.

ANS PRESS-in məlumatına görə, bununla bağlı A.Niftəliyev AzNews.az-a bildirib ki, müayinələr, əməliyyatın niyə "Medi Sina"da aparılmasından tutmuş ölüm anına qədər bütün məsələlər barədə ətraflı məlumat verilib.

"İzahatı prokuror köməkçisi İsmayıl Rövşənov alırdı. Ondan cinayət işinin açılıb-açılmaması ilə bağlı soruşdum. İ.Rövşənov hələlik, cinayət işinin açılmadığını və ekspertlərin yekun rəyini gözlədiklərini bildirdi".

Qarşı tərəfin araşdırmanın gedişinə mane olmaq üçün hansısa addımlar atıb-atmaması ilə bağlı suala isə jurnalist artıq müəyyən cəhdləri hiss etdiyini söyləyib:

"Doğrudur, Nəsimi rayon prokurorluğunda izahat verərkən heç bir ciddi narahatlıq hiss etməsəm də, həkimlərin məsuliyyətdən yaxa qurtarmaq üçün bəzi cəhdlər etməsi ilə bağlı artıq məlumatlıyam. Bununla bağlı gələn həftə Azərbaycan Prezidentinə, səhiyyə nazirinə və Baş prokurora müraciət edəcəyəm. İstəyirəm ki, bu araşdırma şəxsən Prezidentin nəzarəti altında və tam ədalətlə aparılsın. Çünki bu, təkcə mənim faciəm deyil, səhiyyəmizin faciəsidir və günahkar cəzalanmasa, belə faciələr hamının qapısını döyə bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR