Komitə rəhbərliyi 1 aylıq vəzifə maaşlarını Fonda köçürüb

img

24-03-2020 [15:10]


Dövlət Statistika Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşulub. 

Bu barədə Komitədən Mia.az-a verilən məlumata görə, Dövlət Statistika Komitəsinin rəhbərliyi dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq vəzifə maaşını köçürüb.

Komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA