Daha bir ölkədə koronavirus aşkarlandı

img

16-03-2020 [16:39]


Afrikada koronavirusun qeydə alındığı ölkələrin sırasına Tanzaniya da qoşulub.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ummi Mvalimu açıqlayıb.

Məlumata görə, koronavirusa yoluxmuş şəxs daha öncə Belçikaya səfər edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 159 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 173 167-yə çatıb. Bunların 77 789 nəfəri sağalıb, 6 666 nəfəri isə ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR