Azərbaycanın Qazaxıstandakı səfirliyində və Baş konsulluqda “qaynar xətt” yaradılıb
16-03-2020 [16:29]
Fövqəladə vəziyyətlə əlaqədar ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan azərbaycanlıların 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycanın Qazaxıstandakı səfirliyində, səfirliyin Almatı şəhərindəki ofisində və Aktau şəhərlərindəki Baş konsulluqda “qaynar xətt” yaradılıb.
Bu barədə Mia.az-a Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.
Qazaxıstan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə Prezident Kasım-Jomart Tokayev fərmanı ilə ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyətlə bağlı fərmanda qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vətəndaşların həyatı və sağlamlığını qorumaq üçün yeni koronavirusun pandemiya elan etməsi ilə əlaqədar Qazaxıstan qanunvericiliyinə uyğun olaraq, ölkə ərazisində 16 mart saat 08:00-dan etibarən, 15 aprel 2020-ci il saat 07:00 tarixinədək fövqəladə vəziyyət elan olunur.
Bu gün Prezident Kasım-Jomart Tokayev canlı yayında bununla bağlı xalqa müraciət edib və heç bir təlaşa ehtiyac olmadığını bildirib. O, zərurət yaranarsa, föqəladə vəziyyətin müddətinin uzadılacağını qeyd edib.
Fövqəladə vəziyyət dövründə Qazaxıstan Prezidenti yanında Fövqəladə Hallar üzrə Dövlət Komissiyası yaradılır və ona qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlər verilir.
Fövqəladə vəziyyət dövründə ictimai asayişin qorunması, xüsusilə vacib dövlət və strateji obyektlərin, əhalinin təhlükəsizliyini və nəqliyyatın fəaliyyətini təmin edən obyektlərin mühafizəsini gücləndirilir, böyük ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılır, ticarət və əyləncə mərkəzlərinin, kinoteatrların, teatrların, sərgilərin və digər obyektlərin fəaliyyəti dayandırılır, karantin tətbiq edilir və geniş sanitariya-epidemiya tədbirləri görülür, kütləvi ictimai və idman tədbirlərinin, mərasimlərin keçirilməsi qadağan olunur.
Eyni zamanda Qazaxıstanın və xarici dövlətlərin diplomatik xidmət əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri istisna olmaqla əcnəbilərin Qazaxıstan ərazisinə daxil olmasına və ölkə ərazisindən istənilən növ nəqliyyat vasitələri ilə çıxmasına məhdudiyyətlər qoyulur.
Bununla yanaşı, tibbi müayinədən və müalicədən boyun qaçıranlara, karantin rejiminə riayət etməyənlərə, epidemioloji vəziyyətin müəyyən edilməsi üçün vacib olan məlumatları gizlədənlərə qarşı cəza tədbirləri nəzərdə tutulur.
Ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan azərbaycanlıların 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində “qaynar xətt” yaradılıb.
Vətəndaşlar fövqəladə vəziyyət müddətində üzləşdikləri çətinliklər və onları maraqlandıran sualarla bağlı +7 778 000 2838 əlaqə nömrəsinə müraciət edə, eyni zamanda səfirliyin Almatıdakı ofisi və Aktau şəhərindəki Azərbaycan Baş konsulluğu və ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, artıq Qazaxıstanda rəsmi şəkildə 9 nəfərdə koronavirus aşkarlanıb, digər bir Orta Asiya ölkəsi Özbəkistanda da ilk koronavirus faktı təsbit olunub.
- Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Nur-Sultan şəhərində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 000 2838
- Səfirliyin Almatı şəhərindəki ofisində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 786 4670
- Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda “qaynar xətt”in əlaqə telefonu:
+7 708 712 7016
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı