Minlərlə azarkeş evə və meydanlara çıxdı, Terim ağladı - VİDEO

img

25-09-2013 [10:31]


"Qalatasaray" fanatları Fatih Terimin müdafiəsinə qalxıb. Klubun qərarından dərhal sonra Florya Mətin Oktay bazasının qarşısında toplayan minlərlə fanat qərara etiraz edib və rəhbərliyi istefaya çağırıb.

Daha sonra isə çox sayda fanat Fatih Terimin Tarabyadakı evinə doğru hərəkət edib. Təxminən 500 nəfərlik qrup "İmperator Fatih Terim" və digər şüarları səsləndiriblər, eyni zamanda klub prezidenti Ünal Aysalı istefaya səsləyiblər.

Daha sonra Fatih Terim evindən çıxaraq azarkeşlərin yanınya gəlib. Fanatları salamlayan "İmperator" onlardan halallıq istəyib və olduqca məyus görünüb. Azarkeşlərə "haqqınızı halal edin" deyən Terim daha sonra evinə qayıdıb.

Azarkeşlərin evin önünü tərk etməsindən sonra Terim polisin müşayəti ilə evdən ayrılıb. Lakin fanatlar yolda maşın karvanının qarşısını kəsərək "hocanı satanı biz də satarıq", "Ünal Aysal istefa", "Cim-Bom" xalqındır, litseyin deyil" qışqırıblar.

"Bəyaz TV"nin məlumatına görə, Terim azarkeşlərlə görüşəndə göz yaşlarını saxlaya bilməyərək ağlayıb. Bu "İmperator"un ictimaiyyət önündə ilk ağlamasıdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA