Latviya və Estoniyada fövqəladə vəziyyət elan edildi

img

13-03-2020 [15:11]


Avropanın daha iki ölkəsi - Latviya və Estoniyada koronavirusa görə fövqəladə vəziyyət elan edib.

Məlumatı “Deutsche Welle” yayıb.

Bildirilib ki, Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək davam edəcək. 

Məlumata görə, bu müddət uzadıla bilər. Qərar martın 13-dən qüvvəyə minib. Bütün təhsil müəssislərində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və uşaq bağçalarında virusa yoluxma halı aşkar edilib.

Estoniyada Tallinn-Stokholm-Tallinn istiqaməti üzrə bilet satışı da dayandırılıb. Mayın 1-dək muzey, kinoteatrlar bağlanıb, konsertlər, konfrans və idman yarışları qadağan olunub.

Bu gün səhər saatlarına olan məlumata əsasən, Latviyada 16 nəfər, Estoniyada isə 27 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR