"Vəziyyəti izləyirik..." - Rəsmi Moskvadan Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə reaksiya

img

12-03-2020 [17:45]


Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində atəşkəsin pozulması hallarına münasibət bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sərhəddə və qoşunların təmas xəttində baş verən insidentlərə görə təəssüfləndiklərini deyib: “Təəssüflər olsun ki, sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir. Nəticədə ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına başsağlığı verirəm. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, münaqişənin siyasi yolla həllinə istiqamətlənən danışıqlar prosesini aktivləşdirməyə çağırırıq. Sizi əmin edə bilərik ki, biz bu mövzunu izləməyə davam edəcəyik". /APA


Digər xəbərlər
SON XƏBƏRLƏR