"Sərhədləri bağlamaq olmaz" - Merkel çağırışlara "yox" dedi

img

11-03-2020 [17:34]


"Sərhədlərin bağlanması koronavirusla bağlı çağırışlara adekvat cavab deyil".

Bunu Almaniyanın kansleri Angela Merkel martın 11-də Berlində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, virusa yoluxanların evdə karantində qalması infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün daha məqbul tədbirdir.

Qeyd edək ki, martın 11-də Almaniyada üç nəfərin koronavirusdan öldüyü məlum olub. Hər üç hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsində qeydə alınıb. Bölgənin Essen şəhərində 89 yaşlı qadın, Haynsberq dairəsində isə daha iki nəfər ölüb.

Xatırladaq ki, Avstriyanın kansleri Sebastian Kurts Avropa İttifaqının sərhədlərini bağlamağı təklif etmişdi/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR